reklam
Regionxeberlericom.az » Gündəm » "Niaqara" şadlıq sarayı narazılıq yaradır - Söyüşlərdən evimizdə otura bilmirik (VİDEO)

reklam

"Niaqara" şadlıq sarayı narazılıq yaradır - Söyüşlərdən evimizdə otura bilmirik (VİDEO)














"Azərbaycan Reallığı"na müraciət edən Nərimanov rayon Səməd Vurğun küçəsi 175 ünvanda yaşayan sakinlər bildirir ki, onların yaşadığı ərazinin bir neçə metrliyində fəaliyyət göstərən "Niaqara" şadlıq sarayı illərdir sözün əsil mənasında onların istirahətinə haram qatıb. Xüsusən də gecə saatlarında bu hal baş verir.

Sakinlər iddia edir ki, son vaxtlar bu analoji hal daha da şiddətlənib. Belə ki, şadlıq sarayında toy və ya hansısa məclis təşkili zamanı gələn qonaqların maşınların "parkinq" etməyə yer yoxdu. Məcburiyyətdən şadlıq sarayının qarşısında maşınlar "parkinq" edilir ki, bu da süni sıxlıq yaradır, maşınların səs-küyündən evdə nəyinki oturmaq, yatmaq belə olmur.

Bundan əlavə şadlıq sarayına gələn qonaqlar dincəlib əyləndikdən sonra gecə saat 10-11 arası şadlıq sarayının qarşısında tez-tez dava-dalaş söyüşlər, eşidilir bu da şadlıq evi ilə üz-üzə cəmi 15-20 metirliydə yerləşən bina sakinlərini narahat edir. Hətta bununla bağlı saytımıza video-çəkiliş də göndəriblər.

Sakinlər iddia edir ki, evdə yaşlı nəsil uşaqlar var , bəzən olur söyüşdən insan evinin içində olan uşaqdan qız gəlindən utanır, onlar əlac yonunu məsələni ictmayiləşdirməkdə görürlər xahış edirik ictimailəşdirin, bəlkə bu çarəsizliyə əlac tapılar- deyə sakinlər bildirir.

Kütləvi İnformasıya Vasitələrində səsləndirilən iddialara görə sözügedən şadlıq sarayı dünyasını dəyişən keçmiş Müdafiə Sənayesi naziri olmuş Yavər Camalov məxsusdur.

Səsləndirilən iddialarla bağlı "Azərbaycan Reallığı" qarşı tərəfin mövqeyini dərc etməyə hazırdır...




Paylaş:


Müəllif : Tarix:
23-02-2024, 10:07
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər