![reklam](/templates/tema/images/saythazir.png)
Bu gün ilk çərşənbədir
![](https://www.regionxeberlericom.az/uploads/posts/2024-02/1709009584_adfafa8d500395e9fd8bfe7a736b66cb.jpg)
Bu gün Azərbaycanda Novruzun ilk çərşənbəsi qeyd olunur.
Bu çərşənbəni “Yalançı”, “Əzəl çərşənbə”, “Sular Novruzu” da adlandırırlar.
Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər.
Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. Xalqın inamına görə, Su çərşənbəsi günü “təzə su”dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Həmin gün su üstündə müxtəlif mərasimlər keçirilir, qədim türklərdə su tanrıları sayılan Aban və Yadanın şərəfinə nəğmələr oxunur.
Xatırladaq ki, martın 5-də Azərbaycanda Od, 12-də Yel çərşənbəsi olacaq. Novruzun ilaxır - Torpaq çərşənbəsi isə martın 19-da qeyd olunacaq.
Qeyd edək ki, 20, 21, 22, 23, 24 mart – Novruz bayramı günləridir.
Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq, 2024-cü ildə beşgünlük iş həftəsində 23-24 mart şənbə-bazara təsadüf etdiyindən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 25 və 26 mart tarixləri də qeyri-iş günləridir.
Beləliklə, həmin ay təkcə Novruz bayramında 1 həftə, şənbə və bazar günləri də daxil olmaqla isə ümumilikdə 16 gün iş olmayacaq.
Paylaş:
Müəllif : Fuad
Tarix:27-02-2024, 08:54
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

![reklam](/templates/tema/images/reklam300.png)
![](https://www.regionxeberlericom.az/uploads/posts/2024-06/1719383791_1.jpg)
"Respublikanski"də həkimlərin hüquqları pozulur: Həmkarlar İttifaqının sədri vəzifəsini direktor əvəz edir
![](https://www.regionxeberlericom.az/uploads/posts/2024-06/1719303883_1.png)
Azərbaycanda ilahiyyatçı azyaşlını yarımtikiliyə aparıb zorakılıq edib? - Detallar MƏLUM OLDU
![](https://www.regionxeberlericom.az/uploads/posts/2024-06/1719293759_1-1.jpg)
Evinin hasarı olmadığından qonşusunun heyvanı həyətinə girdi, sosial yardım verilmədi - BEYLƏQAN SAKİNİ NAZİRLİYİ İTTİHAM EDİR / FOTO
![](https://www.regionxeberlericom.az/uploads/posts/2024-06/1719251149_1.jpg)
Naxçıvan qeydiyyatı olanlar quru sərhəddi keçə bilər, amma məmləkətin başqa şəhər/rayon qeydiyyatı olanlar yox?! Bunun izahı nədir?!
![](https://www.regionxeberlericom.az/uploads/posts/2024-06/1719212092_1.jpg)
Heydər Əliyevə sayğısızlıq edən icra başçısı haqda şok iddialar: fərarilik, hümbətovçuluq və… – VİDEO
![](https://www.regionxeberlericom.az/uploads/posts/2024-06/1719223565_gelin.jpeg)
Səbuhi Rəcəb gəlinini amansızlıqla öldürən qayınatanın yaxınlarından 155 min alıbmış
![](https://www.regionxeberlericom.az/uploads/posts/2024-06/1719204143_1.jpg)