reklam
Regionxeberlericom.az » Gündəm » Zəngilanda tikintisi yarımçıq qalan otelin tamamlanması üçün 14 milyon manat ayrıldı

reklam

Zəngilanda tikintisi yarımçıq qalan otelin tamamlanması üçün 14 milyon manat ayrıldı


















Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin keçirdiyi tender müsabiqəsinin qalibi “Crystal İnşaat” ASC (VÖEN-1603491051) olub.

1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti  Zəngilan rayonu, Ağalı kəndində yerləşən otelin tam təchizatlı təmir və tamamlama işlərinin satın alınmasına görə “Crystal İnşaat” ASC-yə 14 milyon 192 min 628 manat 20 qəpik ödəyəcək.

Nizamnamə kapitalı 4 min manat olan “Crystal İnşaat” ASC-nin hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti (Xırdalan), ev 11 B 2 ünvanında yerləşir. ASC-nin qanuni təmsilçisi Rəsulov Rəsul Məhəmmədəli oğludur.

Məlumat üçün bildirək ki, 2022-ci ildə mətbuatda yer alan məlumatlarda bildirilirdi ki, Zəngilan rayonunun Ağalı kəndində tikilən otelin tikintisi tezliklə yekunlaşacaq.

Bildirilib ki, otel zirzəmisi ilə birlikdə 4 mərtəbə olacaq və 2022-ci ildə otelin sonuncu mərtəbəsinin tikildiyi qeyd olunub. O zaman bildirilib ki, yaxın bir neçə ay ərzində otelin tikintisi tam şəkildə başa çatdırılacaq. Lakin, sonradan otelin tikintisinin hansı səbəbdən yarımçıq qaldığı barədə məlumat verilməyib.





Paylaş:


Müəllif : Tarix:
4-03-2024, 12:07
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər