Cavanşir Feyziyevin qardaşı oğlunun rəhbərlik etdiyi daha bir şirkətdə dəyişiklik
Ölkənin aparıcı siqaret istehsalçısı olan “Tabaterra Leaf” (VÖEN-2906231341) təşkilati-hüquqi formasını dəyişərək məhdud məsuliyyətli cəmiyyətə (MMC) çevrildiyini açıqlayıb.
Nizamnamə kapitalı 14 milyon 747 min 500 manat olan “Tabaterra Leaf” QSC 20 aprel 2021-ci ildə dövlət qeydiyyatına alınıb.
“Tabaterra Leaf” QSC qeydiyyatdan keçdikdən qısa müddət sonra “Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus, Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən “Azərtütün” ASC-nin səhmlərinin 85%-nin satışı üzrə elan olunan investisiya müsabiqəsinin qalibi olub.
QSC-nin qanuni təmsilçisi Elman Bəşir oğlu Cavanşirdir.
Qeyd edək ki, Elman Cavanşir Milli Məclisin deputatı Cavanşir Feyziyevin qardaşı oğludur. Elman Cavanşirin adı 2 il əvvəl çirkli pulların yuyulmasında hallanıb. İngiltərənin Milli Kriminal Agentliyi Elman Cavanşir və Cavanşir Feyziyevin ailə üzvlərinə məxsus 5,6 milyon funt məbləğində vəsaiti müsadirə edib. Dondurulmuş vəsaitin ümumi məbləği 15,3 milyon funt sterlinq təşkil edib, onun üçdə birini – 5,6 milyon funt sterlinqini məhkəmə müsadirə edib.
Onu da bildirək ki, ötən ay Elman Cavanşirin rəhbərlik etdiyi daha bir şirkət - “Tabaterra” QSC (VÖEN-2904520941) də təşkilati-hüquqi formasını dəyişərək MMC-yə çevrildiyini elan edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:6-03-2024, 16:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər