reklam
Regionxeberlericom.az » Gündəm » Valideyn Komitələri məktəblərdə “8 mart pulu” yığır - Bəs o pullar hara gedir?..

reklam

Valideyn Komitələri məktəblərdə “8 mart pulu” yığır - Bəs o pullar hara gedir?..















Bu ənənənin çoxdan davam etdiyini söyləmək yəqin ki, yersiz olar. Misir Mərdanovun nazirlik dönəmində bu ənənə özünün pik həddinə çatmışdı və demək olar ki, valideynlər açıq şəkildə, bəzən isə zorla 8 mart üçün pul verməyə məcbur edilirdilər. İndi də valideynlər buna məcbur edilirlər. Amma gizli şəkildə...

Bir neçə ildir ki, Elm və Təhsil Nazirliyi 8 mart üçün məktəblərdə pul yığmağı qadağan edib. Ancaq bu qadağa da məktəb rəhbərlərinə keçmir. Onlar indi “dovşanı Hacı Əhmədin əli ilə tuturlar”. Yəni Calideynlər Komitələrinin əli ilə. Təbii ki, bu işlərə də bütün orta təhsil ocaqlarında direktor müavinləri rəhbərlik edirlər. Amma məsuliyyət Valideynlər Komitəsinin rəhbərinin boynunda qalır. Çünki onlar həm təşəbbüskar, həm də pul toplayan tərəf olaraq çıxış edirlər. Məktəb rəhbərliyi isə guya prosesdən kənar qalırlar. Ancaq toplanan pulları sonucda direktor müavinlərinin cibinə axır və daha sonra o pullardan heç kimin xəbəri olmur.

Son bir neçə gündə redaksiyamızın elektron poçtuna bir neçə belə şikayət daxil olub. Onlardan biri Binəqədi rayon 248 saylı orta məktəbin valideynlərindən gəlib. Şikayət məktubunda bildirilir ki, 8 Mart Beynəlxalq Qadınlar Bayramı günü əlaqədar Binəqədi rayon 248 saylı orta məktəbdə siniflərdən rəhbərlik üçün gizli şəkildə pul yığımına başlanılıb. Hətta şikayətçi valideynlər belə bir maraqlı faktı qeyd edirlər ki, 248 saylı məktəbin direktorunun kişidir. Ancaq görünür ki, məktəb direktoru Xəyyam Fərəov 8 mart qadınlar bayramı üçün pul yığımı məsələsində maraqlı tərəfdir və buna görə də valideynlərin iddiasına görə bu vəzifəni təlim-tərbiyə işləri üzrə direktor müavinləri Reyhanə Qurbanovanın və Sevinc Həsənovanın öhdəsinə buraxıb.

Şikayətçilər bildirilər ki, onlardan pulu direktor müavinlərinin adından məhz Valideynlər Komitələrinin rəhbərləri yığır. Bunun üçünsə Valideynlər Komitələrinin rəhbərləri “vatçap qrupu” yaradıb və valideynlərlə yanaşı direktor müavinləri də bu qrupa üzvdürlər. Verilən pulların miqdarı isə könüllüdür. “İanə” 10 manatla 50 manatarasında dəyişir. Pullar isə əsasən qrupda paylaşılan karta köçürülür.

Qeyd edək ki, səsləndirilən iddialarla bağlı Binəqədi rayon 248 saylı orta məktəbin diroktoru Xəyyam Fərəova sorğu ünvanlasaq da, sorğumuza cavab ala bilməmişik.

Redaksiyamıza başqa bir şikayət isə Mehdiabad qəsəbəsində yerləşən 1 saylı məktəbdən gəlib. Mehdiabaddan gələn şikayət də 248 saylı orta məktəbdən gələn şikayət məktubundan məzmunca heç nə ilə fərlənmir. Mehdiabadda da pulu Valideynlər Komitələri yığır və pullar sonucda Mehdiabad qəzsəbəsi 1 saylı məktəbin direktor müavini Aygün Ağalarovada toplanır. İddia edilir ki, artıq 3 ildir Aygün Ağalarova bu işə rəhbərlik edir.

Maraqlıdır ki, Mehdiabad qəzsəbəsi 1 saylı məktəbin direktoru Pənah Babayev bəzi valideynlərə bildirib ki, o, Valideynlər Komitəsi ilə bacarmır və onlar bu işi könüllü olaraq həyata keçirirlər. Hətta direktor öz imza və möhürü ilə təsdiq etdiyi elanı da məktəbin divarından asıb. Elanda direktor pul yığımının qanunsuz olduğunu qeyd edərək valideynləri 8 mart bayramına görə pul yığmamağa çağırıb.

Daxil olan məlumatda qeyd olunur ki, Valideyn Komitələrinə tapşırılıb ki, martın 6-na kimi işlərini bitirsinlər və yığdılllarını aidiyyatı ünvana çatdırsınlar...





Paylaş:


Müəllif : Tarix:
7-03-2024, 11:13
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər