Azərbaycanda bu şəxslər təhsil haqqı ödəməyəcək - SİYAHI
Milli Məclisin Elm və təhsil komitəsinin iclası baş tutub. İclasda “Təhsil haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb. Belə ki, sosial müdafiəyə ehtiyacı olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
“Təhsil haqqında” qanundakı dəyişikliyə əsasən, aşağıda qeyd edilən şəxslərin təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək:
- Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər;
- Şəhid ailəsinin üzvləri;
- Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteran” adı almış şəxslər;
- Orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər və peşə təhsili müəssisələrində təhsil alan əlilliyi olan şəxslər;
- Əlilliyi müəyyən edilmiş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları;
- “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” qanuna uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları;
- Peşə təhsili müəssisəsində təhsil alan 20 yaşına çatmamış və orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslər;
- Peşə təhsili müəssisələrində təhsil alan köçürülmə günü ana bətnində olan uşaqlar da daxil olmaqla, uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqların və ya 18 yaşınadək yeniyetmələr. Həmçinin 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobil AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobil qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqlar.
Millət vəkili Ceyhun Məmmədov aztv-yə bildirib ki, əvvəlki qanunda bu, ümumi şəkildə öz əksini tapmışdı: "Budəfəki dəyişikliklə bütün kateoqriyalar nəzərə alınıb. Əvəllər şəhid ailəsinin hər hansı üzvü müraciət edərkən qanun ona şamil edilmirdisə, bu dəyişiklikdən sonra məsələ öz əhllini tapıb".
Paylaş:
Müəllif : Fuad
Tarix:8-03-2024, 09:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər