reklam
Regionxeberlericom.az » Gündəm » Bakıda islamofobiya ilə mübarizə mövzusunda konfrans keçirilir

reklam

Bakıda islamofobiya ilə mübarizə mövzusunda konfrans keçirilir
















Martın 8-də Bakıda “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda iki günlük beynəlxalq elmi konfrans keçirilir.

İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan konfrans Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20 Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə reallaşdırılır.

Konfransda dünyanın 30 ölkəsindən alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər.

Xatırladaq ki, martın 15-nin “İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü” olması ilk dəfə 2020-ci il noyabrın 27-28-də İslam Əməkdaşlığı Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Niger Respublikasının Niamey şəhərindəki toplantısında elan edilib. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2022-ci ildə martın 15-ni “İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü” kimi qəbul edib.




Paylaş:


Müəllif : Tarix:
8-03-2024, 10:43
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər