reklam
Regionxeberlericom.az » Gündəm » Qubanın yeni icra başçısının qalmaqallı keçmişi və bu günkü idarəçiliyi FOTO

reklam

Qubanın yeni icra başçısının qalmaqallı keçmişi və bu günkü idarəçiliyi FOTO













Ötən ilin sonlarında Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən İlqar Akif oğlu Mahmudov bu təyinatadək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsinin müdiri işləyib. Bir müddət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdindəki Bakı Humanitar Kollecin direktoru vəzifəsində çalışıb. İlqar mahmudovla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar nəticəsində ilginc məlumatlar ortaya çıxıb. İlqar Mahmudovun saysız-hesabsız obyektləri, paytaxtın müxtəlif yerlərində mənzilləri, bağları və lüks avtomobillərinin olduğu barədə məlumatlar var. Heç şübhəsiz ki, o, bütün bunları halal pulu ilə deyil, rüşvət və dövlətin vəsaitlərini mənimsəyərək əldə edib. Bu arada mediada yer alan məlumata görə, bir neçə il öncə İlqar Mahmudovun bağ evindən 250.000 min manat pul oğurlanıb. Oğruluq edən şəxsin ailəyə yaxın olduğu deyilir. Elə buna görə də İlqar Mahmudov baş verən hadisə barədə hüquq mühafizə orqanlarına müraciət etmədiyi bildirilir. Ancaq başqa bir məsələ də ola bilər ki, o, qorxduğu üçün həmin oğurluq hadisəsi barədə hüquq mühafizə orqanlarına məlumat verməyib. Çünki sorğu-sual oluna bilərdi ki, sən bu qədər vəsaiti necə əldə etmisən, İlqar Mahmudov?

O, hələ gənc yaşlarında sabiq nazir Misir Mərdanovun köməkçisi, daha sonra bir neçə il Bakı Humanitar Kollecin direktoru olub. Bununla bağlı cumhuriyyet.az ölkə mediasında yer alan məlumatlara istinadən bildirir ki, İlqar Mahmudov direktor olduğu illərdə təhsil ocağında rüşvət və korrupsiya ayaq açıb yeriyirmiş. Gəl ki, buna görə heç kim İlqar Mahmudova “gözün üstə qaşın var” deyə bilmirmiş. Çünki onun havadarları yüksək postlarda təmsil olunurmuş. İlqar Mahmudov həmçinin özünü sabiq MTN şefi Eldar Mahmudov yaxın qohumu kimi də təqdim edirmiş. Beləliklə məsuliyyətdən kənarda qalan İlqar Mahmudovun hazırda Elm və Təhsil Nazirliyində yüksək vəzifəyə təyinat ala bilib. Az qala “nazirlik içində nazirlik” funksiyasını oynayan DNŞ müxtəlif vasitələrlə rayon təhsil şöbələrinə,məktəb direktorlarına təzyiqlər edir, əvəzində onlardan alınan yüklü miqdarda rüşvət müqabilində rahat buraxılırlar. İlqar Mahmudov rüşvəti və korrupsiyanı rəhbərlik etdiyi şöbənin iş prinsipinə çevirib. Ümumiyyətlə onun təhsil sistemində çox unudulmaz bir keçmişi var. Daha çox “200 minlik kollec” əməliyyatı ilə yadda qalan İ.Mahmudov bütün fəaliyyəti dövründə rüşvətxorluğu özünün fəaliyyət prinsipinə çevirib. Zamanında kollec rəhbəri işlədiyi dövrdə iftixarla “200 min verib bu vəzifəyə gəlmişəm,pulumu çıxardıram” deyən Mahmudov ümumiyyətlə təhsil sistemini “pulçıxartma” vasitəsi hesab edir. Bunun həqiqət olduğunu görmək üçün elə indiki fəaliyyətinə azacıq nəzər salmaq kifayətdir. Nazirliyin daxili nəzarət şöbəsini daxili işlər nazirliyinə çevirən,özünü və komandasını isə polis statusunda görən İ.Mahmudov təhsil ictimayətini qorxu içərisində saxlamaqla şəxsi ambisiyalarını təmin edir. Demək olar ki, bütün rayon təhsil şöbələri,məktəb direktorları aylığa otuzdurulublar. Narazılıq pik həddədir,sadəcə cürət edib səsini çıxardan yoxdur. Daxili nəzarət şöbəsi adı altında təhsil sistemində böyük rəzalət yaşanır. Belə bir tərcümüyi hala malik şəxsin Quba rayonuna necə rəhbərlik etməsi, hansı əməllərə imza atması da artıq ortaya çıxmaqdadıq. Quba rayon sakinləri dia-az.info-ya müraciətlərində bildirirlər ki, bu müddətdən bəri başçı ilə görüşmək, onun qəbulunda olub dərdini danışmaq problemə çevrilib. Elə buna görə də bu gün Qubadan paytaxtt Bakıya bir şikayətçi axını var… Biz də dia-az.info olaraq sakinlərin iddiasını araşdırdıq və gördük ki, 31 avqust 2023-cü ildən bəri icra başçısı postuna təyinat alan İlqar müəllimin vəəndaş qəbulu ilə arası o qədər də yaxşı deyil. Məsələn, sonuncu dəfə 23 fevral 2024-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Qırmızı Qəsəbə qəsəbə inzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirib.








Təqdim etdiyimiz aşağıdakı fotodan da aydın olur ki, İlqar müəllim “vətəndaş qəbulu” adı altında MƏMUR QƏBULU həyata keçirib, “yuxarılar”ın gözünə kül üfürməklə məşğuldur. Hər halda, bunu aydın şəkildə görmək olar və eyni adamları digər görüşlərdən də müşahidə etmək olur.








Elə bu barədə dia-az.info-ya yazan sakinlər iddia edir ki, başçı onları qapıda görəndə belə “Əəə, bunları burdan rədd edin” deyərək yanındakılara göstəriş verir. Hər halda, bu iddialar gərəkən qurumlar tərəfindən araşdırılmalıdır. Ən azından ona görə ki, bu gün həqiqətən də Qubadan Bakıya bir şikayətçi axını var…




Paylaş:


Müəllif : Tarix:
11-03-2024, 12:36
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər