Onlar pullarını Türkiyəyə daşıyır - Məmurların biznes imperiyası
Son illərdə Türkiyədə daşınmaz əmlak sahibi olan həmvətənlərimizin sayı durmadan artır.
Statistik göstəricilər onu deməyə əsas verir ki, qardaş ölkədə əcnəbi vətəndaşlara satılan ümumi əmlak sayında ölkəmizi ilk beşliyin içində yer alır, bəzən birinci və ya ikinci yerləri tutur.
Türkiyə tərəfinin rəsmi hesablamalarına görə, azərbaycanlılar orada təkcə son iki ildə 100-dən çox torpaq sahəsi və 1000-nə yaxın ev alıblar.
Həmin rəqəmlərdə Azərbaycanın indiki və sabiq məmurlarının, deputatlarının isə böyük payı var. Belə ki, xüsusilə son bir neçə ildə bizim hazırkı və keçmiş yüksək vəzifəli şəxslərimizin, Milli Məclisdə vaxtilə və indi təmsil olunanlarımızın Türkiyəyə marağı hədsiz artıb, bu marağın kökündə isə şübhəsiz biznes məqsədləri dayanır.
“Yeni Sabah” xəbər verir ki, Qaynarinfo hazırda Türkiyədə biznesi olan indiki və sabiq məmurların, deputatların kimliyini araşdırıb. İndi həmin araşdırmanı sizə təqdim edirik.
Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin (indiki "Xəzər Dəniz Gəmiçiliyi" QSC) sabiq rəisi Aydın Bəşirov tutduğu vəzifədən azad edilməmişdən bir neçə ay əvvəl Türkiyədə gəmiçilik şirkəti qurub. Həmin vaxt həmin şirkətin ümumi dəyəri 120 milyon manat olan yük və sərnişin gəmisinə malik olduğu bildirilirdi.
İstanbulda yerləşən "Sailtrade Denizcilik ve Ticaret Ltd" adlı şirkətin təsisçilərindən biri isə Aydın Bəşirovun oğlu İlqar Bəşirovdur. O zaman yayılan məlumatlarda iddia olunurdu ki, maliyyə vəsaiti Aydın Bəşirova məxsus olan şirkət, XDGİ-dəki korrupsiyadan əldə olunan qeyri-qanuni vəsaitlər əsasında yaradılıb. "Sailtrade Denizcilik ve Ticaret Ltd" şirkəti 2009-cu ildən fəaliyyətdədir. Ticarət və daşıma ilə məşğul olan bu qurumun 20-yə qədər gəmisinin olduğu da deyilirdi.
Məlumata görə, sabiq "gəmiçilik şefi" indinin özündə də vaxtının böyük hissəsini qardaş ölkədə keçirir, Azərbaycana çox nadir hallarda gəlir. Onun Türkiyədəki biznesini son illərdə xeyli böyütdüyü və şaxələndirdiyi də əldə etdiyimiz məlumatlar arasındadır.
Uzun illər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin tabeliyindəki Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsində çalışmış, Azərbaycan KİV-ində elə həmin fonddan məcburi köçkünlər üçün ayrılmış yüz milyonlarla manat vəsaiti dağıtmaqda ittiham edilən sabiq deputat Ayaz Orucovun da Türkiyədə biznesi və çoxsaylı əmlakları var. Keçmiş millət vəkilinin təkcə İstanbulda evləri və ofisləri ilə yanaşı, ticarət mərkəzlərinin, fabrik binasının olduğu deyilir.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Hacı Salayevin də Türkiyədə biznesinin varlığı məlumdur. Onun oğlu, "AzerGold” QSC-nin Strateji planlaşdırma və biznesin inkişafı şöbəsinin müdiri Kənan Salayev İstanbulun Beşiktaş səmtində fəaliyyət göstərən "Alliance Capital İnşaat Telekmmunikasion Sanayi ve Ticaret Limited" şirkətinin sahibidir. Şirkət 2012-ci ilin iyununda qeydiyyatdan keçib, yaşayış binaları, iş və ticarət mərkəzlərinin tikintisi və satışı ilə məşğul olur.
Deputatın digər oğlu Turqut Salayev isə qardaş ölkədə 2017-ci ilin avqustundan "Teks Group İnşaat Sanayi Ve Ticaret Anonim Şirkəti"ni yaradıb.
Lənkaran rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşovun da Türkiyədə biznesinin olduğu deyilir. Onun bu ölkədəki biznes fəaliyyətinə oğlu Vüsal Qaraşovun nəzarət etdiyi vurğulanır.
Türkiyədə biznes quranlar arasında sabiq kənd təsərrüfatı naziri Heydər Əsədov da var. Onun keçmiş nəqliyyat naziri Ziya Məmmədovun gəlini olan qızı adıçəkilən ölkədə ünlü moda evinin sahibidir. Nazir vəzifəsindən uzaqlaşdırıldıqdan sonra Əsədov Türkiyəyə tez-tez getməyə başlayıb. Qardaş ölkədə biznes işlərinə girişən Əsədov orada qərar tutmağa çətinlik çəkir və bu üzdən də mütəmadi olaraq Bakıya gəlir.
Ötən il yerli mətbuatda eks "kənd təsərrüfatı şefi"nin Türkiyədəki biznesini genişləndirmək adına paytaxtdakı bir neçə villasını satmaq niyyətində olduğuna dair məlumatlar yayılmışdı.
1999-2006-cı illərdə maliyyə naziri postunu tutmuş Əvəz Ələkbərovun isə Türkiyəyə bağlayan sırf biznes deyildi. Daha doğrusu, Ələkbərov bu ölkədə kiçik bizneslə məşğul olmaqdan başqa, həm də özəl şirkətlərdən birinin Müşahidə Şurasında təmsil olunur, başqa bir şirkətdə isə baş məsləhətçi işləyirdi.
O, eyni zamanda Türkiyədə elmi işlərini də davam etdirirdi. Keçmiş nazir 2016-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetində kafedra müdiri vəzifəsinə təyin olunub.
Başda İngiltərə olmaqla, bir sıra Avropa ölkələrində gəlir yerləri olan sabiq nəqliyyat naziri Ziya Məmmədovun bir zamanlar çox nəhəng sayılan "biznes imperiyası" Türkiyədə də lövbər salmışdı. Hələ 2014-cü ildə yerli mediamız yazırdı ki, onun oğlu Anar Məmmədovun qardaş ölkədə birbaşa adı keçən 2 şirkət mövcuddur. Bunlar "Euroasiya Constraction İnşaat Sənaye və Ticarət anonim şirkəti" və "Avrasiya İnvestisiya İnşaat Sənaye və Ticarət anonim şirkəti" şirkətləridir.
"Euroasiya Constraction İnşaat Sənaye və Ticarət anonim şirkəti"nin əsas fəaliyyət istiqaməti bütün növ otel, rəsmi binalar, villalar, kanal, körpü kimi inşaat sahələrinin memarlıq layihəsinin hazırlamaq və inşa etmək kimi göstərilirdi.
"Avrasiya İnvestisiya İnşaat Sənaye və Ticarət anonim şirkəti” isə bütün növ otel, rəsmi binalar, villalar, kanal, körpü kimi inşaat sahələrinin memarlıq layihəsini hazırlamaq və inşa etməklə məşğul olur.
Ümumiyyətlə isə Məmmədovlara və onların ailəsinə yaxın şəxslərin adına Türkiyədə bir çox şirkət, daşınmaz əmlak və s. olduğu deyilir.
Paylaş:
Müəllif : Redaktor
Tarix:15-09-2019, 11:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:15-09-2019, 11:10
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
Dünən, 11:29