reklam
Regionxeberlericom.az » Gündəm » Fərahim Qasımovun anasının klinikada ölməsi ilə bağlı - Açıqlama

reklam

Fərahim Qasımovun anasının klinikada ölməsi ilə bağlı - Açıqlama

















Ötən gün Şirvan sakini Bahar Qasımova Stimul Hospitalda sistem köçürüləndən sonra halı pisləşərək qəfildən vəfat edib. 

Mərhumun oğlu, jurnalist Fərahim Qasımov anasının ölümündə klinikanı ittiham edir.

Onun sözlərinə görə, anasının qızdırması olmasına baxmayaraq ona sistem köçürülüb: “Anam sistem köçürülməsi üçün “Stimul Hospital”a gedib. Getməmişdən onunla danışmışdım, vəziyyəti yaxşı idi, heç bir problemi yox idi. “Stimul Hospital”da tibb bacısı Mələk Abbasova yoxlamadan ona sistem köçürüb. Anam deyib ki, “qızım, qızdırmam var, bəlkə, dərman verəsiz qızdırmam düşsün, sonra sistemi qəbul edim”. Tibb bacısı isə ona narahat olmamasını, keçib gedəcəyini bildirib. İynəni damarına salan kimi damarı partlayıb, anam şoka düşüb. Həmin an heç bir müdaxilə edilməyib, sistemi çıxarıb gözləyiblər. Anam keçinəndən sonra həkim İlham Hüseynə xəbər verilib. Anamı ağ parçaya büküblər, həmin vaxt hospitalın dəhlizində gözləyən atama, bacıma və qonşuma deyiblər ki, xəstənin vəziyyəti ağırdır, aparata qoşmuşuq”.

F. Qasımovun sözlərinə görə, hadisə baş verən vaxt klinikada olan yaxınları qadının aparata qoşulmadığını iddia edirlər: “O zaman sadəcə vaxt qazanmaq üçün bizim başımızı qatırdılar. Üstəlik anamı görmək istəyəndə, onları hətta xəstəxanadan çölə çıxarıblar. Həkim atama deyib ki, xanımınız keçinib, təcili yardımla evə göndərək. Sonra təcili yardıma zəng vurun, gəlib ölümü təsdiqləsinlər, sizə kağız versinlər. Həkim bu yolla məsuliyyətdən yayınmaq istəyib. Bütün bu işləri planlayan həkim mənimlə telefonda danışığında "mən hospitala indi gəlmişəm, heç nədən xəbərim yoxdur" dedi. Halbuki, mənimlə danışığından əvvəl xəstəxanada çəkilən video bir daha təsdiq edir ki, İlham Hüseyn hospitalda olub...”

Hadisə ilə bağlı Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, martın 18-də 1967-ci il təvəllüdlü Bahar Qasımovanın Sabunçu rayonu ərazisində yerləşən “Stimul Hospital”da ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

***

Hadisə ilə bağlı "Stimul Hospital"a sorğu ünvanladıq. Tibb müəssisəsindən məsələnin araşdırılaraq cavablandırılacağı bildirildi.




Paylaş:


Müəllif : Tarix:
19-03-2024, 12:25
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər