"Bəs Oqtay Şirəliyev hara baxır?.." - GİLEY
Azərbaycan səhiyyəsinin Şəmkir sakini Etibar Qasımovun başına gətirdiyi müsibət heç Kərbəlada olmayıb. Onun 2 yaşlı körpəsi Gülər həkimlərin laqeydliyi, soyğunçuluğu, qansızlığı ucbatından 8 saat can verərək tələf olub. Bunu erməni də eləməzdi ki, Şəmkir rayon Mərkəzi Xəstəxanası və Gəncə Mərkəzi Klinikası edib.
regionxeberlericom.az Reportyor.info-a istinadən xəbər verir ki, E.Qasımovun övladı ayın 25-də səhər saat 11- radələrində 2-3 metr yüksəklik olan pilləkəndən yıxılıb: “Mən gələnə qədər Qarabağ qazisi Rafiq Qasımov prezidentin ona bağışladığı əlil maşını ilə Güləri Şəmkir xəstəxanasına çatdırıb. Biz saat 12-dən axşam 6-ya qədər orada olduq. Dedilər ki, Gəncə xəstəxanasına çatdırmaq lazımdır, burada kömək edə bilməzlər. Bunun üçün təcili tibbi yardım maşını və kislorod balonu lazımıydı. İlahi, bu nə səhiyyədir, Şəmkirdə 10 təcili tibbi yardımı maşını var, birində kislorod balonu tapılmadı. Mən buradan səhiyyə naziri oqtay Şirəliyevə səslənirəm ki, hara baxır, necə yəni kislorod balonu yoxdur?” E.Qasımov bildirir ki, Gülərin həyatda qalması üçün Gəncə Mərkəzi Klinikası ilə əlaqə saxlayıblar: “Bizdən 1800 manat istədilər ki, Şəmkirdən gəlib götürüb kislorod balonu ilə Gəncəyə çatdırsınlar. Bu, Allahsızlıqdır. Onlara dedim ki, 800 manatım var, imkanım çatmır. Yalvardım ki, uşaq əldən gedir, amma razılaşmadılar. Belə qansızlıq harada görülüb? Axırda razılaşdıq ki, kislorod balonunu bizə versinlər, Şəmkirin təcili yardım maşını ilə gedək. Buna görə məndən 100 manat aldılar, sənədimi götürdülər ki, balonu qaytaranda geri verim. Görəsən, sonra bu balon mənim nəyimə lazım olacaqdı?” E.Qasımovun sözlərinə görə, bütün cəhdlərə baxmayaraq, 2 yaşlı Güləri həyatda saxlamaq mümkün olmur: “1800 manatım olmadı deyə balam dünyasını dəyişdi.
Cənab prezident, Mehriban xanım, biz dərdimizi hara deyək? O an uşağı görən ətrafdakı bütün adamlar həkimlərə yalvarırdı ki, kömək edin, amma deyirdilər ki, nə edək, kislorod balonumuz yoxdur. Səhiyyə Nazirliyinə səslənirəm, gəlsinlər, yoxlasınlar. Mən körpəmi verdim, bundan sonra qalan körpələri qorumaq lazımdır. İnsan həyatının bir qəpik dəyəri qalmayıb. Mən bunu Gəncə Mərkəzi Klinikasında gördüm. Bir ana yalvarırdı ki, uşağın boğazında qalan qəpiyi çıxarın. Amma deyirdilər ki, 700 manat ödə, sonra çıxaraq. Adamın qanı bədənində donur. Sən uşağı xilas elə, sonra lap 700 yox, 1700 manat al. Biz sonra getdik deyə o anadan xəbərim olmadı. Bizim 2 yaşlı körpəmiz 8 saat can verdi. Amma bu boyda Şəmkirdə kislorod balonu tapılmadı. Mən prezidenti, Mehriban xanımı, naziri bu rayona gəlməyə çağırıram”.
Paylaş:
Müəllif : Yazar
Tarix:16-09-2019, 09:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:16-09-2019, 09:50
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07