reklam
Regionxeberlericom.az » Gündəm » “Crocus City Hall”un sahibi Araz Ağalarov danışdı

reklam

“Crocus City Hall”un sahibi Araz Ağalarov danışdı


















“Crocus City Hall”un sahibi Araz Ağalarov konsert zalında baş verən terror aktına ilk dəfə münasibət bildirib.

O, bu barədə RBC telekanalına danışıb.

Qeyd olunur ki, azərbaycanlı milyarder oğlu Emin Ağalarov və filial direktoru Roman Qraçovla birlikdə fövqəladə hadisənin baş verdiyi yerə gəlib.

“Dəhşətli faciə baş verdi və artıq deyilib ki, son 20 ildə belə bir şey olmayıb”, - Ağalarov bildirib.

Onun sözlərinə görə, terrorçular zala qapıdan deyil, qonşu sərgi mərkəzinin pəncərəsindən daxil olublar:

“Hazır vəziyyətdəki pulemyotlarla. Gördükləri hər şeyə atəş açmağa başlayıblar. Bütün insanlara, mühafizəçilərə. Bir mühafizəçi həlak olub, ikincisi yaralanıb. Bunlar heç mühafizəçi də deyil. Biz onlara “nəzarətçi” deyirik”.

O, hadisəni ümumbəşəri dəyərlər baxımından izaholunmaz adlandırıb.

Xatırladaq ki, martın 22-də Bakı vaxtı ilə axşam saat 9 radələrində Rusiyanın payraxtı Moskvada yerləşən “Crocus City Hall”da terror aktı baş verib. Simfonik orkestrin iştirakı ilə “Piknik” qrupunun konsertinə 10 dəqiqə qalmış əllərində silah olan kamuflyajlı naməlum şəxslər binaya soxularaq ziyarətçilərə atəş açıblar. İstintaq Komitəsinin son məlumatlarına görə, 133 nəfər hücumun qurbanı olub, 152 nəfər yaralanıb. Hücumun dördü birbaşa iştirakçısı olmaqla, 11 şübhəli saxlanılıb.




Paylaş:


Müəllif : Tarix:
24-03-2024, 12:26
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər