Azərbaycanda varlıların “işğal etdiyi” torpaqlar var - Komitə sədrindən AÇIQLAMA
Azərbaycanın bəzi rayonlarında min hektarlarla əkinə yararlı torpaq sahələri, örüş yerləri hasarlanıb və illərdir toxunulmaz ərazilər kimi imkanlı şəxslərin, o cümlədən oliqarxların və məmurların mülkiyyətində saxlanılır. Hətta dövlət başçısı da zamanında əkinə yararlı torpaqların imkanlı şəxslər tərəfindən zəbt edilməsinə diqqət çəkmişdi.
Ölkə rəhbəri hələ 2016-cı ildə Sabirabadda keçirilmiş müşavirədə bu barədə daha sərt danışmışdı: “Bəzi torpaqlar müxtəlif adamlar tərəfindən qanunsuz olaraq zəbt edilib və o torpaqlarda heç bir fəaliyyət göstərilmir. O torpaqların icarə müqavilələri ləğv edilməlidir... Bir qarış torpaq belə boş qalmamalıdır”.
Müşahidələr göstərir ki, bu sahədə vəziyyət problemli olaraq qalmaqdadır. Bəzi rayonlarda hasarlanmış istifadəyə yararlı torpaqlar imkanlı şəxlərin “işğalından” qurtarılmayıb.
İmkanlı şəxslər vaxtilə hansısa yollarla bələdiyyə və dövlət torpaqlarını hasarlayıblar, bəzi hallarda müxtəlif bəhanələrlə xüsusi mülkiyyətdə olan pay torpaqlarını da kəndlilərin əlindən alıblar.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev gündəmdə olan mövzu ilə bağlı Modern.az-a açıqlamasında deyib ki, zəbt olunmuş torpaq sahələri istifadəsiz saxlanıla bilməz:
“Sözsüz ki, bu qanunsuz addımdır. Bəzi örüş yerləri qanunsuz olaraq əkilir. Müəyyən adamlar tərəfindən zəbt olunub. Bəzi adamlar ehtiyac ucbatından, şəhərə gəldiklərinə görə pay torpaqlarını satırlar. Müəyyən adamlar bu torpaqları alır, onları çəpərləyərək "bura mənimdir" deyirlər. "Bura mənim atamdan qalıb, sovet vaxtı burada olmuşam" kimi sözlərin də heç bir əsası yoxdur. Torpaqlardan istifadə olunmalıdır. Qanunda da qeyd olunub ki, torpağı icarəyə götürəndən sonra 3 il əkib-becərmirsənsə, səndən alınıb başqasına verilməlidir.
Eləcə də istifadəsiz qalan torpaqları alanlar da əkin işləri görməlidir. Adamlar var ki heyvan saxlayır, ancaq torpağını satıb, yeri yoxdur ki, onu otarsın. Qonşu icazə vermir ki, boş ərazidə həmin mal-qara otlasın. Nə olsun ki, yer sənindir? Torpaq boş qalınca, bu adama ucuza ver, mal-qarası otlasın, oranı da abadlaşdırsın. Torpaq əkilib-becərilməyəndə ölür. Ona görə hər bir qarış torpaqdan istifadə edilməlidir.
Ayrı-ayrı yerlərdə zəbt olunmalar çoxdur. Dövlətin tapşırıqları var, torpaqlar müəyyən adamların əlindən alınıb, yenə də alınmalara ehtiyac var. Bu məsələdə ciddi tədbirlər görülməlidir”
Paylaş:
Müəllif : Fuad
Tarix:27-03-2024, 12:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər