reklam
Regionxeberlericom.az » Gündəm » Məhkəmə-Hüquq Şurasının iclası keçirildi - Foto

reklam

Məhkəmə-Hüquq Şurasının iclası keçirildi - Foto

















Martın 29-da Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

İclasda ədalət mühakiməsinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi, məhkəmələrin fəaliyyətinin daha optimal şəkildə qurulması məqsədilə görülmüş işlərdən bəhs edilib. Bildirilib ki, hakim korpusunun çevik komplektləşdirilməsi məqsədilə hakimliyə namizədlərin seçim prosesləri şəffaf və təkmilləşdirilmiş mərhələlər üzrə davam etdirilir.

İclasda cari məsələlərə, o cümlədən Hakimlərin Seçki Komitəsinin müraciətinə də baxılıb. Müsabiqəni uğurla başa vurmuş və böyük əksəriyyəti gənc nəsil hüquqşünaslardan ibarət olan hakimliyə namizədlərlə fərdi söhbətlər aparılıb, onlara tövsiyələr verilib və yekunda birinci instansiya məhkəmələrinin hakimi vəzifələrinə təyin olunmaları üçün təkliflərin hazırlanması qərara alınıb.

Həmçinin Məhkəmə-Hüquq Şurasının üzvləri çıxış edərək hakimliyə namizədlərin müxtəlif hüquq sahələrində çalışdıqlarını və gələcəkdə ədalət mühakiməsinin və məhkəmə sisteminin inkişafına öz töhfələrini verəcəklərinə əminliklərini bildiriblər.





Paylaş:


Müəllif : Tarix:
30-03-2024, 14:07
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər