reklam
Regionxeberlericom.az » Gündəm » Bu dəfə ANAMA əməkdaşı Ağdamda minaya düşdü

reklam

Bu dəfə ANAMA əməkdaşı Ağdamda minaya düşdü
















Aprelin 2-də Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində 1 nəfərin xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qurumdan verilən məlumata görə, hadisə nəticəsində ərazidə mina təmizləmə işləri aparan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1987-ci il təvəllüdlü Əliyev Xəyyam Qəmbər oğlu xəsarət alıb və istifadə olunan texnikaya maddi ziyan dəyib.

Hazırda Xəyyam Əliyevin vəziyyəti qənaətbəxşdir.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər aparılıb.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, bu gün Tərtərdə də mina partlayıb. Çaylı kəndi ərazisində 1969-cu il təvəllüdlü İsmayılov Polad Alış oğlu, 1992-ci il təvəllüdlü Tağızadə Arzuman Əhliman oğlu və 2006-cı il təvəllüdlü Bağırov Elmir Elnur oğlu keçmiş təmas xəttində, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən baş verən mina partlayışı nəticəsində xəsarət alıblar.




Paylaş:


Müəllif : Tarix:
2-04-2024, 19:46
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər