reklam
Regionxeberlericom.az » Gündəm » Nadir Səlifovu öldürən 2 nəfərə ömürlük həbs verildi

reklam

Nadir Səlifovu öldürən 2 nəfərə ömürlük həbs verildi
















Azərbaycanlı Nadir Səlifovun öldürülməsi ilə bağlı məhkəmə araşdırması başa çatıb.

Türkiyə mediası xəbər verir ki, sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən, Xəqan Zeynalov və Əmir Həmidli ömürlük həbs cəzasına məhkum edilib. Bununla yanaşı, iş üzrə ittiham edilən Əli Mövlamlı və Rəsul Həsənova 12 il 6 ay həbs cəzası verilib.

Sərbəst mühakimə edilənlər isə bəraət alıb.

Xatırladaq ki, “Lotu Quli” ləqəbli Nadir Səlifov 2020-ci ilin avqustunda Antalyada hotellərin birində güllələnib. Onun qətli ilə bağlı Türkiyə polisi əməliyyatlar keçirib. Əməliyyatlar nəticəsində Əli Mövlamlı, Rəsul Həsənov, Ümid Nəcəfov, Cemil Keleş, Erkan Aşan və vəkil N. A. saxlanılıb. Vəkil N.A. məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb, digər şübhəlilər həbs edilib. Camal Həsənov, Cəfər Əlizadə, Xanımnisə Məmmədova və Namiq Canıyev barəsində isə qiyabi həbs qətimkan tədbiri seçilib. İlk məhkəmədə sadəcə Cemil Keleş sərbəst buraxılıb.





Paylaş:


Müəllif : Tarix:
6-04-2024, 12:59
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər