reklam
Regionxeberlericom.az » Gündəm » Bir vaxtlar burda qayda vardı, düzən vardı... - GİLEY

reklam

Bir vaxtlar burda qayda vardı, düzən vardı... - GİLEY


"Azpetrol” Yanacaq Doldurma Məntəqələridən müştərilərin aldadılması ilə bağlı hər gün yeni iddialar səsləndirilir. Sürücülər deyirlər ki, onların avtomobillərinə vurulan benzinin miqdarı ilə ödədikləri pul tərs mütənasiblik təşkil edir.

regionxeberlericom.az JAMAZ.İNFO-a istinadən xəbər verir ki, Elnur Xəlilsoy adlı şəxs bununla bağlı yazır ki, tıxacda qaldığı vaxt avtomobilinin benzini qurtarır. Nobel prospektinin girişindəki “Azpetrol” YDM-ə maşınla daxil olub, benzin vurur. “İndiyədək 3-4 dəfə buradan benzin vurmuşam. Hər dəfə sayğac yerində qalıb və km-də də fərq olur. Avtomobilimə benzin vurduqdan sonra düşündüm ki, bir az sürsəm sayğac yerinə gələr. “Meqafun”dan belə dolandıqdan sonra gördüm ki, yox, düzələn deyil”.

Şikayətçi bildirir ki, “Azpetrol”a geri qayıdıb və niyə az benzin vurduqlarının səbəbini soruşub. Dediyinə görə, benzini kartla vurdurduğu üçün sübutu olub, əks təqdirdə, ona əhəmiyyət belə verilməyəcəkmiş. “Bir ağsaqqal yaxınlaşdı. Dedi ki, YDM-in direktorudur, nə problem olsa özü həll edəcək, hətta öz hesablarından benzin vuracaqlar”.

Elnur Xəlilsoy daha sonra qeyd edir ki, həmin şəxs bir qədər araşdırma apardıqdan sonra geri dönərək, ona pul verib və növbəyə duraraq benzin vurmasını xahiş edib. “Əsəbi şəkildə pulu uzadıb dedi ki, növbəyə durub benzin vurum. Etiraf elədi ki, məndən pul alsalar da, maşına benzin vurmayıblar. Bunların belə fırıldaqları çoxdur. Allah bilir, nə qədər insan bu cür əziyyətə salınıb və ya onların dediklərinə əhəmiyyət verilməyib”.

Məsələ ilə bağlı “Azpetrol” rəhbərliyi ilə danışaraq, münasibətlərini öyrənmək istədik. Lakin cəhdlərimiz alınmadı. Qarşı tərəfi də dinləməyə hazırıq.


Paylaş:


Müəllif : Tarix:
17-09-2019, 16:02
Sikayət   


loading...
Загрузка...