reklam
Regionxeberlericom.az » Gündəm » Vəkillik fəaliyyətindən qovulmuş Sevil Hacıyeva məmurları TERROR-çuluqda ittiham edir

reklam

Vəkillik fəaliyyətindən qovulmuş Sevil Hacıyeva məmurları TERROR-çuluqda ittiham edir

















Vəkillər Kollegiyasının müraciəti əsasında məhkəmənin qərarı ilə fəaliyyətinə xitam verilən qalmaqallı vəkil Sevil Hacıyevanın əməlləri bitmir.

NUH.az-a daxil olan məlumata görə Sevil Hacıyeva indi də dövlət məmurlarını, daha dəqiq desək Xaçmaz rayon prokurorunu və İstintaq İdarəsinin rəisini TERROR-da ittiham edir. Bəli, məhz TERROR da...

Sevil Hacıyevanın cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ünvanlanmış müraciətini qısa ixtisarla dərc edirik:

“Prezidentimiz İlham Əliyev və vitse prezidentimiz Mehriban xanım, sizdən kömək istəyirik. Bizim ailəmizi Xaçmaz prokurorundan və Xaçmaz İstintaqından qoruyun.

Cənab Prezidentimiz İlham Əliyev və Birinci Xanımımız Mehriban xanım, biz sizi çox sevirik və sizə inanırıq, sizə güvənirik. Bizim ailəmizin həyatı təhlükədədir. Bizi həbs etdirəcəkləri, öldürəcəkləri ilə hədələyirlər.Bu bir ailəyə qarşı törədilən terrordur.

Bizim məmurların torpaqlarımızı mənimsəyib birləşib bizim kimi kasıbların ailələrini məhv etməsi bizim ölkəmizin hansı qanununa uyğundur ?

Biz sizə inanırıq, inanırıq ki, bizi bu cinayətkarların əlindən qurtaracaqsınız. Ailələrimiz hal-hazırda qorxu içərisindədir.

Bu hadisələr törədiləndən bəri dövlətimizin bütün hüquq mühafizə orqanlarına poçt vasitəsilə, elektron məktub və s müraciət etməyimizə baxmayaraq təhlükəsizliyimizlə bağlı heç bir iş görülməyib. Məktublarımız Prezidentimizə çatmır.

Cənab Prezidentimiz !

Bütün ailəmiz və yaxın qohumlarımız adından Sizdən xahiş edirik şəxsən özünüzün inandığınız Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarını hadisə yerinə göndərəsiniz. Bizim təhlükəsizliyimizi təmin etdirəsiniz.

Cənab Prezident !

87 və 85 yaşlı ağsaqqal və ağbirçək, bütün ailəmiz adından sizdən xahiş edirik bizə kömək edin.

Ailə üzvlərimizin həyatı təhlükədədir. Xaçmaz rayon prokurorluğu və polis orqanları bizi ölüm həddinə çatdırıb.

Prezidentimiz İlham Əliyev və Birinci virse prezidentimiz Mehriban xanım Əliyeva, bizim ailəmizi Xaçmaz rayon prokurorundan və Xaçmaz İstintaqının rəisindən qoruyun.

Hacıyeva Jalə Vidadi qızı

Tağızadə Könül Vidadi qızı

Teymurova Seva İkram qızı

Daşdəmirov Balasoltan Cəmaləddin oğlu

Daşdəmirova Mariya

Sevil Hacıyeva.

Redaksiyadan: Sözün düzü, özünü ali təhsilli hüquqşünas hesab edən ( harada və neçənci illərdə təhsil adığı məlum deyil ) Sevil Hacıyevanın dövlət məmurlarını TERRORda ittiham etməsi normal düşüncədən xəbər vermir. Yuxarıda qeyd etdiyimiz kimi Sevil Hacıyeva əməllərinə görə Vəkillər Kollegiyasının müraciəti əsasında və məhkəmənim qərarı ilə vəkillik fəaliyyətindən uzaqlaşdırılıb. Onun barəsində dəfələrlə Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində cinayət işi açılıb. Amma ortada nəticə yoxdur. Kimlərsə Sevil Hacıyevanı ciddi-cəhdlə müdafiə edir. Ümumiyyətlə, bu xanım görəsən hüquq sahəsinə necə gəlib..?

Araşdırma zamanı məlum oldu ki, 2007-2017-ci illərdə Xaçmaz rayon məhkəməsinin sədri ( əvvəl Şəkinin, Lənkəranın, daha sonra Salyanın rayon məhkəmsinin sədri olmuş, hazırda vəkillik fəaliyyəti ilə məşğul olan) Əlövsət Paşayev Xaçmazda işləyərkən Sevil Hacıyevanı məhkəmədə işə götürüb. Sonradan Əlövsət Paşayev Sevil Hacıyevanın vəkil kimi fəaliyyətinə “xeyir-dua” verib. Və bu gün bütün şikayətlərə baxmayaraq Sevil Hacıyevanı məhkəmədə qoruyan, müdafiə edən də Əlövsət Paşayevdir. Əlövsət Paşayevim məhkəmə sisteminə kiminlə quda olması da məlumdur.

Sözün qısası, qalmaqallı vəkilin əməlləri ilə bağlı araşdırmamız davam edir.

Bizi izləyin.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

NUH.az




Paylaş:


Müəllif : Tarix:
15-04-2024, 08:32
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər