reklam
Regionxeberlericom.az » Gündəm » EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

reklam

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR














Xeyli müəddətdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ruhulla Axundov küçəsində fəaliyyət göstərən 271 №li tam orta məktəbdə baş verən qalmaqalları, narazılıqları, dedi-qoduları və s-ni. sanki ölkəmizin təhsil sahəsində baş verən biabırçılıqlar içərisində ən yaddaqalan hadisələrdən biri hesab etmək olar.



















Bu təhsil müəssisəsi ilə bağlı YouTube kanallarında yayımlananlara da diqqət yetirməklə, məhz Səbinə xanım Qasımovanın rəhbərlik etdiyi 271 №li tam orta məktəbdə formalaşan ab-havanın varlığına lazımi qiyməti vermək olar.





































Qeyd edək ki, 1985-ci ildən fəaliyyət göstərdiyi qeyd olunan bu məktəbdə yaşananlarla bağlı, bir neçə gün bundan öncə deryaz.az xəbər portalının redaksiyasına da xeyli məlumatlar daxil olmuşdur. Daxil olan məlumatlar sırasında məktəbin direktoru ilə ibtidai sinif müəlliməsi Bağırova Səltənət Zahid qızı arasında davam edən çəkişmələr daha çox diqqəti cəlb etməkdədir. Bəli, ötən yazımızda da qeyd etmişdik ki, ibtidai sinif müəlliməsi Səltənət Bağırova 29 avqust 2023-cü il tarixdə müəllimlərin sertifikasiya imtahanında iştirak edir və həmin vaxt o, 40 imtahan balı, 21 müsabiqə balı toplayır. Buna baxmayaraq, ötən ilin sentyabrından Səltənət Bağırova öz ixtisası üzrə, yəni ibtidai sinif müəlliməsi işləyə bilmir. Onun bu gün ibtidai siniflərə yalnız musiqi dərsindən və texnologiya fənnindən dərs keçdiyi bildirilir. Baxmayaraq ki, Səltənət Bağırovanın adı ştat cədvəlində ibtidai-sinif müəlliməsi olaraq rəsmləşdirilib və onun adına ibtidai-sinif müəlliməsi olaraq əməkhaqqı da yazılır. O halda sual oluna bilər ki, sertifikasiya imtahanında 40 imtahan balı, 21 müsabiqə balı, yəni üstüstə 61 bal toplayan müəllimənin bu cür rəzil duruma salınmasına səbəb nədir? Redaksiyamıza daxil olan məlumatlarda o da bildirilir ki, məktəbin elə müəllimləri var ki, onlar sertifikasiya imtahanında cəmi 28-32 bal toplasalar da, direktor həmin müəllimləri siniflə təmin edib. Üstüstə 61 bal toplayan Səltənət Bağırova isə, bir neçə ildir ki, sinifsiz qalıb.

Onu da qeyd edək ki, beş il bundan əvvəl direktorun təlim-tərbiyə işləri üzrə müavini Ofeliya Arazova Səltənət Bağırovaya “Bilirsənmi, sinif müəllimlərini valideyinlər seçirlər. Hələ ki, valideyinlər səninlə bağlı müraciət etməyiblər, əgər pul verərsənsə, o halda sənə də sinif düzüb qoşa bilərəm” deyir. Belə olan halda Səltənət Bağırova məcbur olub Ofeliya Arazovaya 5 (beş) min manat rüşvət verildiyi bildirilir. Pul veriləndən sonra guya ki, valideyinlər seçim edirlər və onlar Səltənət Bağırovanı da “seçirlər” . O, iki il ibtidai sinif müəlliməsi işləsə də, iki ildən sonra valideyinlər onu yenidən “seçmirlər”. Artıq 3 (üç) ildir ki, Səltənət Bağırova ibtidai sinif şagirdlərinə yalnız texnologiya fənnindən və musiqidən dərs keçməklə məşğul olur. 2023-cü ilin sentyabr ayında Səltənət Bağırova bilir ki, ona nə sinif, nə də ki, normal dərs saatı verməyəcəklər. Həmin vaxt Ofeliya Arazova ona “mən direktora nə deyim?”. Həmin vaxt Səltənət Bağırova bir daha məcbur olub Ofeliya Arazovaya 600 manat pul verir. Bunun qarşılığında isə ona nə sinif, nə də ki, normal dərs saatı vermirlər. Verilən pulu isə müavin direktorla öz arasında bölür. Söz yox ki, istər 5 min manat, istərsə də 600 manat pulun verilməsi söz-söhbəti Səltənət Bağırova tərəfindən redaksiyamıza çatdırılan məlumatlardır.

271 №li tam orta məktəbdə baş verən biabırçılıqlardan biri də, hansı ki, müəllimlərin sertifikasiya imtahanında iştirak edən və cəmi 28 bal toplayan Sahilə müəllimənin dərs keçdiyi 4-cü sinifin, təqribən iki ay bundan əvvəl dağıdılması olur. Düşündürücü hal odur ki, bu gün həmin sinif yoxdur və şagirdlər digər siniflərə köçürülsələr də, rəsmi sənədlərdə dağıdılmış sinif fəaliyyət göstərən sinif kimi rəsmləşdirilir. Yəni, dağıdılmış sinifə aid əmək haqqı yazılır və əldə olunan pullar da mənimsənilir. Bu məktəbdə 7-ci saatın dərsləri və əlavə məşğələlər keçilmir. Dərs saatlarını və məşğələləri direktor özünə yaxın bildiyi müəllimlətin adlarına yazır. Həmin dərs saatlarına və məşğələlərə görə alınan pulları, müəllimlər sonradan direktora çatdırırlar. Məktəbin dörd nəfər ibtidai sinif müəlliməsi sertifikasiya imtahanından keçə bilməsələr də, onlar iki “oklad” dəsrs saatı ilə təmin olunublar. 61 bal toplayan Səltənət Bağırovaya isə, normal dəsr saatı verilmir. Səbəb?

Bir faktı da qeyd edək ki, ötən il “Müəllimlər günü” ilə bağlı məktəbin valideyin komitəsi pul yığır. Həmin vaxt İranə Babayeva adlı valideyin pul yığılmasına qəti etirazını bildirir və o, pul vermir. Çox keçmir ki, İranə Babayeva hiss edir ki, həm onun özünə qarşı, həm də məktəbli övladına qarşı münasibət çox dəyişib. O, bu il də “Müəllimlər günü” ilə bağlı valideyin komitəsinə pul verməkdən imtina edir. İranə Babayevanın belə bir yanaşmasından sonra, 271 №li tam orta məktəbin rəhbərliyində təmsil olunan Təranə Məhəmmədova ilə, onun arasında əməlli-başlıca insident yaşanır. Hətta, məktəbin koridorunda tərəflər arasında baş verən qarşıdurmalar YouTube kanallarında da yayımlanır.

Bu gün ölkə gündəmində 271 №li tam orta məktəbin adının daha çox hallanmasına səbəb olan amillərdən biri də, məktəbin 10-11-ci sinif şagirdlərindən tam əksəriyyətinin sinif üzü tanımamaları olur. Digər tərəfdən, bu məktəbdə iki nəfər şəxsin adı (etika naminə ad çəkmirik) stat cədvəlində xadimə olaraq rəsmləşdirilsə də, əslində həmin şəxslərin ikisi də məktəbdə laborant vəzifəsində çalışırlar. Unutmaq olmaz ki, bütün bunlar əvvəlcədən məktəbin direktoru Səbinə xanım Qasımova ilə razılaşdırılır. Deməli, bu təhsil müəssisəsində baş verən hər cür qanunsuzluq əməllərinin kökündə, birbaşa rəhbərliyin maddi maraqlarının təmin olunması əsas rol oynayır.

Qeyd edək ki, redaksiyamıza bu yöndə məlumatlar daxil olduqdan sonra, direktor Səbinə xanımla əlaqə saxlayıb, ondan məsələlərə münasibətini öyrənmək istəsək də, bu yöndə istəyimizə heç cür nail ola bilmədik. Hətta daxil olan məlumatlar əsasında hazırladığımız sualları, bu təhsil müəssisəsinin elektron poçtuna və Bakı şəhəri üzrə Təhsil İdarəsinə göndərib cavablandırılmasını xahiş etsək də, təəssüflər olsun ki, məktəb rəhbərliyi tərəfindən suallarımız cavablandırılmadı. Bakı Şəhəri üzrə Təhsil İdarəsi redaksiyamıza başdansovdu cavab verib və həmin cavabı olduğu kimi dərc edirik. Ümid edirik ki, aidiyyəti dövlət qurumları, ələlxüsus Azərbaycan Respublikasının Elm və Təhsil nazirliyinin və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəhbər şəxsləri, 271 nömrəli tam orta məktəbdə yaşanan problemlərin araşdırılması üçün, aiddiyyəti üzrə müvafiq tapşırıqlarını verəcəklər. Yazıda adı keçən hər kəsin mövqeyini dinləyə bilərik.

Məktəbin məlumatı:

«2021-2022-ci tədris ilində 271 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Səltənət Bağırovanın sinfində şagird sayı 12 nəfərə endiyi üçün həmin sinif bağlanıb. 29 avqust 2023-cü ildə müəllim təkrar sertifikasiyadan keçdiyinə görə 2024-2025-ci tədris ili üçün ona sinif açılmasının nəzərdə tutulması ilə bağlı məlumat verilib. Birinci sinfə qeydiyyatın elektron sistem vasitəsilə həyata keçirildiyinə və valideynlərin müəllim seçimini öz istəklərinə uyğun apardıqlarına görə onlar icma arasında daha nüfuzlu olan müəllimlərə üstünlük verirlər. S.Bağırova valideynlər tərəfindən I sinfə qeydiyyat zamanı müəllim seçimində ona üstünlük verilməyəcəyini təxmin edərək məktəb rəhbərliyinə “mənə sinif verməlisiniz…” — deyərək hədə-qorxu gəlir və adekvat olmayan alternativ təsir vasitələrinə (bir sıra media orqanlarında məktəbin nüfuzuna xələl gətirən çıxışlar etmək və məktəb rəhbərliyinin şərəf və ləyaqətini alçaltmaq) əl atır. S.Bağırovaya I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə aparıldığı və bu prosesə məktəbin heç bir müdaxiləsi olmadığı dəfələrlə izah olunsa da, təəssüflər olsun ki, o yenə də eyni müraciətlərə davam edir».

Hörmətli oxucular! Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən cavabla bağlı ortaya belə bir sual çıxır ki, görəsən səbəb nə olur ki, sertifikasiya imtahanında iştirak edib 40 imtahan balı, 21 müsabiqə balı toplayan Səltənət Bağırovaya sinif verilmir, amma sertifikasiya imtahanında iştirak edən və cəmi 28-32 bal toplayan müəllimlər isə, rəhbərlik tərəfindən siniflə təmin olunurlar. Əgər valideyinlər müəllim seçimini özləri edəcəkdirlərsə sertifikasiya oyunu nəyə lazım idi. Buna nə ad vermək olar?

P.S. Hörmətli oxucular! 271 №li tam orta məktəbdə baş verən və hər kəsi şoka sala biləcək digər biabırçılıqların varlığını, yaxın günlərdə diqqətinizə çatdırmağa çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın.

Deryaz.az




Paylaş:


Müəllif : Tarix:
24-04-2024, 09:59
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər