reklam
Regionxeberlericom.az » Gündəm » Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

reklam

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?














“Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi Cəbrayıl rayonu, Horovlu kənd yaşayış məntəqəsində qeyri-yaşayış obyektlərinin tikintisi işlərinin satın alınması üzrə dəyəri 3,0 milyon ABŞ dollarının manat ekvivalentindən çox olan açıq tender müsabiqəsinin nəticələrini açıqlayıb. Qurum qalib seçdiyi “19 saylı Tikinti Təmir İdarəsi” MMC ilə 14.520.813,31 manat məbləğində satınalma müqaviləsi bağladığını 23.04.2024-cü il tarixdə elan edib.

Qeyd edək ki, “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi Prezident İlham Əliyevin 21 iyul 2022-ci il tarixli, 1756 saylı fərmanı ilə adları çəkilən rayonlarda əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisinin təşkili, bu qaydada tikilmiş çoxmənzilli binaların idarə edilməsi, habelə müvafiq ərazidə abadlaşdırma, yaşıllaşdırma və mənzil-kommunal təsərrüfatı sahələrində fəaliyyət göstərməsi məqsədi ilə yaradılıb.

Bəs dövlət qurumunun qalib seçdiyi “19 SAYLI TİKİNTİ TƏMİR İDARƏSİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlı nə kimi məlumatlar var?

Rəsmi mənbələrdə, Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “19 SAYLI TİKİNTİ TƏMİR İDARƏSİ” Məhdud Məsuliyyətli Cəmiyyətinin 13.04.2011-ci ildə 3 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı cəmi 10 manat olan MMC-nin hüquqi ünvanının QUSAR RAYONU, QUSAR Ş, KARL MARKS, ev 67, qanuni təmsilçisinin isə Aslanov Loğman Fərəc oğlu olduğu göstərilir. Hüquqi şəxslərin reyestrinə daxil edilmiş məlumatlarda Qarayev Ramil İsmayıl oğlu, Məmmədoğlu Ramil Ramiz oğlu, İsmayılov Elçin Mail oğlu da müxtəlif vaxtlarda MMC-nin qanuni təmsilçiləri olub.

Qeyd edək ki, MMC ötən il Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsi tərəfindən keçirilmiş dəyəri 3,0 milyon ABŞ dollarının manat ekvivalentindən çox olan daha bir neçə açıq tenderin qalibi olub.

“Cəbrayıl rayonu, Horovlu kənd yaşayış məntəqəsində 2, 3 , 4 , 5 otaqlı fərdi yaşayış evlərinin tikintisi” işlərinin satın alınması üzrə 45.739.887,62 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumat 04.12.2023-cü ildə dərc edilib. Müsabiqənin başlanılması tarixi 01.12.2023-cü il, bitmə tarixi isə 27.09.2024-cü il tarixlərə müəyyən edilib.

Cəbrayıl rayonu, Horovlu kənd yaşayış məntəqəsinin yenidənqurulma layihəsi çərçivəsində kəndin ümumi şaquli planlaşdırılması üzrə topraq işlərinin satın alınması üzrə 4.100.259,7 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumat işin başlanma tarixindan üç ay sonra, 22.11.2023-cü ildə dərc edilib.

Qubadlı rayonu, Mahruzlu kənd yaşayış məntəqəsinin yenidənqurulma layihəsi çərçivəsində kəndin ümumi şaquli planlaşdırılması üzrə topraq işlərinin satın alınması üzrə 2.312.079,19 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumat iş bitdikdən sonra, 22.11.2023-cü ildə dərc edilib.

Göründüyü kimi “19 saylı Tikinti Təmir İdarəsi” MMC son beş ayda Qarabağın işğaladan azad edilmiş kənd və qəsəbələrinin bərpa edilməsi üzrə ümumi olaraq 67 milyon manat civarıda dövlət sifarişi alıb. Bəs MMC bu dövlət sifarişlərini həyata keçirmək iqtidarındadırmı? Adətən böyük şirkətlər rəsmi portalını yaradaraq özləri haqqında geniş, hərtərəfli məlumatlar yerləşdirirlər. Amma milyonlarla manat dəyərində dövlət sifarişləri alan MMC-nin nəinki rəsmi bir veb-səhifəsi, hətta heç sosial şəbəkələrdə belə bir hesabı yoxdu.

Qeyd edək ki, “19 saylı tikinti təmir idarəsi” MMC məhhkəməyə də verilib. medianın 05.04 2024-cü ildə yaydığı məlumata görə MMC ilə bağlı Sumqayıt Kommersiya Məhkəməsinə müraciəti “Advanced industrial solutions” şirkəti edib. Mahiyyəti icarə müqaviləsi üzrə mübahisələr olan iş hakim Fərman Həmidlinin icraatındadır. Bəs 23.04.2024-cü il tarixdə bu MMC 15 milyon manat civarında tenderi necə uda bilib?

Elektron mediada “19 saylı Tikinti Təmir İdarəsi” MMC -nin qanuni təmsilçisi olan Aslanov Loğman Fərəc oğlu barədə yayılan məlumat diqqətimizi çəkdi. Cəbrayıl rayonundan məcburi köçşkün Aslanova Səfurə Yusif qızı hüquq mühafizə orqanlarına etdiyi müraciətdə yazır ki, Binəqədi rayon Məhkəməsinin 25 dekabr 2013-cü il tarixli 2(001) 6418/2013 saylı icra sənədinə əsasən 19 avqust 2013-cü il tarixdən, 13 sentyabr 2006-cı il tarixdə ana- dan olmuş, əkiz Aslanov Hüseyn Loğman oğlu və Aslanova Zeynəb Loğman qızına hər birinin 18 yaşa çatanadək saxlanması üçün Aslanov Loğman Fərəc oğlundan hər ayda 103 (bir yüz üç) manat, cəmi iki uşağa 206 (iki yüz altı) manat (hal-hazırda Binəqədi məhkəməsi aliment 234 manat olmaqla, dəbbə və faiz pulu hesablanmışdır) sabit pul məbləğində aliment tutularaq tələbkar Aslanova Səfurə Yusif qızına ödənilməsi barədə məhkəmə qərar qəbul etmişdir. Cənab İ. Əliyevə müraciət edildikdən sonra Binəqədi rayon Məhkəməsinə təqdimat göndərilmişdir. Binəqədi rayon məhkəməsinin 04 dekabr 2015-ci il tarixdə 2(001)6418/2013 qətnaməsi ilə Aslanov Loğman Fərəc oğlu 7(yeddi) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Evə köçürülməyimə dair məhkəmə qərarı olmasına baxmayaraq Aslanov Loğman kilidi dəyişdirib məni və uşaq-larımı evə buraxmırdı. Atam Baş İcra Məmuru N.Mustafayevin qəbulunda olub və mənim ərizəmi Baş Məmura təqdim edib. Hal-hazıra kimi heç bir addım atılmamışdır. Dəfələrlə yazılı və şifahi L.Aslanovun iş yeri haqqında T.Süleymanova şəxsən məlumat verilmişdir, lakin heç bir nəticəsi olmamışdır.

Göründüyü kimi “19 saylı Tikinti Təmir İdarəsi” MMC -nin qanuni təmsilçisi olan Aslanov Loğman Fərəc oğlu övladlarına aliment verməkdən yayınan bir şəxsdir. Öz övladlarına belə ögey münasibatdə olan bir şəxsin şirkətdə çalışan fəhlələrlə necə rəftar etdiyini şərh etməyə artıq ehtiyac qalmır. Ümumiyyətlə görəsən bu şirkətin müqavilə ilə işləyən işçiləri varmı, yoxsa günəmuzd fəhlə toplayıb işlədirlər. Göründüyü kimi bu şirkətin fəaliyyəti haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. Maddi texniki bazası, işçi qüvvəsi barədə də həmçinin. Bu kimi çatışmayan cəhətlərlə bu şirkət 5 ay içində 67 milyon manat civarıda dövlət sifarişini necə ala bilib? Barəsində heç bir məlumat olmadığından bu sifarişləri şirkətə kimlərsə tərəfindən verilməsi qənatinə gəlmək olar. Bunun arxasında gizli qüvvələr var. Bunu aşağıdakı araşdırmamaız da təsdiq edir.

Qeyd edək ki, MMC-nin daha bir şübhəli tərəfi qeydiyyatda olduğu hüquqi ünvanla bağlıdır. Dövlət Vergi Xidmətinin məlumatlarında MMC-nin hüquqi ünvanı QUSAR RAYONU, QUSAR Ş, KARL MARKS, ev 67 göstərilir. Mərkəzi Seçki Komissiyasının seçicilərin siyahısında Qusar rayonu, Qusar şəhəri Karl Marks (hazırda Rövşən Nurullayev) küçəsi 67 ünvanında MMC-nin müxtəlif vaxtlarda qanuni təmsilçiləri olmuş Qarayev Ramil İsmayıl oğlu, Məmmədoğlu Ramil Ramiz oğlu, İsmayılov Elçin Mail oğlu və Aslanov Loğman Fərəc oğlunun heç biri burada seçicilərin siyahısında yoxdur və ümumiyyətlə olmayıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmış Şərqi Zəngəzur iqtisadi rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Müşahidə Şurasının sədri Vahid Hacıyevdi. “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin icraçı direktoru Xidmətin Müşahidə Şurası tərəfindən təyin edilmiş Növrəs Qəhrəman oğlu Cəfərovdur.

Fəaliyyəti ilə bağlı heç bir məlumat olmayan “19 saylı Tikinti Təmir İdarəsi” MMC -yə 5 ay ərzində milyonlarla manat dövlət sifarişi vermiş dövlət qurumun Müşahidə Şurasının üzvləri, İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov görəsən bu barədə nə düşünürlər?

Aktualinfo.org




Paylaş:


Müəllif : Tarix:
24-04-2024, 12:30
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər