Masallı rayon icra məmuru Bəhruz İbayev "Aliment" verməyən həmkəndlisini himayə edir - Nazirə muraciət olundu
"Azərbaycan Reallığı"na müraciət edən vətəndaş A.Həsənova (Adı və soyadı şərti verilib – red.) bildirir ki, təxminən 2 il bundan öncə Sumqayıt şəhər məhkəməsinin qərarı ilə Sadıqov Mirkamran adlı şəxslə aralarında "aliment" mübahisəsi üzrə məhkəmə çəkişməsi olub, azyaşlı övladın anada qalmaq şərti ilə 175 manat "aliment" verilməsi haqqında qərar verib.
İşin icrası Masallı rayon İcra və Probasiya Şöbəsinin icratına verilib amma işə təəsüflər olsun ki, manelər yaradılır.
"Artıq 2 ilə yaxındır mənə ödəniləcək olan "aliment" 175 manat olmasına baxmayaraq 170 manat ödənilir. Bundan əlavə isə son 4 aydır ödəniş ümumiyyətlə edilmir. İşi icra edən icraçı Bəhruz İbayev qarşı tərəfə himayadarlıq edir çünki həmkəndlisidi. Hər ikisi Masallı rayon Xıl kəndindəndir.
İcraçı Bəhruz İbayev mənim telefonlarına belə cavab vermir. Təxminən 2 ay bundan öncə bir dəfə telefona cavab verib bildirdi ki, Mirkamran Sadıqovu tapa bilmir. Barəsində axtarış verib. Ondan bir neçə gün sonra mən onu 20 yanvar metrostansıyasının yaxınlığında maşını ilə gördüm.
Dərhal fotosunu çəkib icraçı Bəhruz müəllimə göndərib bildirdim ki, necə olur siz tapa bilmirsiz amma bu sərbəst şəkildə burada gəzir? Bəhruz müəllim mənə nə əhəmiyyət verdi nədə cavab verdi. Himayəmdə anam və uşağım var. Mən təkbaşına onları saxlamağa əziyyət çəkirəm.
Sosial durumumuz yaxşı deyil. Media vastəsi ilə ədliyyə naziri cənab Fərid Əhmədova müraciət və xaiş edirəm mənim "aliment" borcumun alınması ilə bağlı Masallı rayon icra şöbəsinə tapşırıq verəsiniz"
Paylaş:
Müəllif : Fuad
Tarix:6-05-2024, 12:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər