Yağış 6 il əvvəl 17 milyona tikilən yolu yararsız hala saldı – Fotolar
Lahıc-Dəmirçi avtomobil yolu güclü yağış nəticəsində yararsız vəziyyətə düşüb.
Yeniavaz.com APA-ya istinadla verir ki, bir neçə gündür yağan yağışlar nəticəsində yolun bir neçə hissəsində torpaq sürüşüb. Nəticədə asfalt örtüyü tamamilə dağılıb.
Qeyd edək ki, Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən 22 kilometrlik yol 2018-ci ilin avqustunda istifadəyə verilib.
Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına əsasən, Şamaxı rayonunun 1 və İsmayıllı rayonunun 4 yaşayış məntəqəsini əhatə edən Dəmirçi-Lahıc yolunun tikintisinə müvafiq olaraq prezidentin ehtiyat fondundan 3 milyon, dövlət büdcəsinin investisiya xərclərindən isə 13,7 milyon manat olmaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ümumilikdə 16,7 milyon manat ayrılıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:13-05-2024, 16:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər