Milyonları başından aşır, amma hərf tanımır... - Şərurlu İsfəndiyar kimdir?
“Şərur” MTK-nın rəhbəri İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar) deputatlığa namizədliklə bağlı açıqlaması marağa səbəb olub.
Belə ki, iş adamı savadsız olduğunu, bu səbəbdən deputatlıq mandatını qətiyyən istəmədiyini etiraf edib:
“Deputat olmaq fikrim yoxdur. Allah eləməsin. Mənim öz işim var, öz işimi görürəm. Gedib parlamentdə səhv danışaram, savadsız adamam, oxumamışam. Camaatı, dövləti aldadım?”
Bəs milyonları başından aşan biznesmen niyə hərf tanımır?
Yenisabah.az Şərurlu İsfəndiyarla bağlı faktları təqdim edir:
"Şərur" MTK-nın sədri, "Şərurlu İsfəndiyar" kimi tanınan iş adamı İsfəndiyar Axundov özü dəfələrlə mühahibələrində orta məktəb oxumağını etiraf edib. Belə ki, vaxtilə iş adamının atası Ermənistandan sürgün edilib, daha sonra müharibəyə göndərilib. Geri dönüb ailə qurub övlad sahibi olduqda isə onun artıq 50 yaşı olub və 8 övladını çətinliklə böyüdüb. Bu səbəbdən İsfəndiyar Axundov və əksər qardaş-bacıları təhsil ala bilməyiblər.
Buna baxmayaraq, onun övladları və nəvələri ali təhsillidirlər, nəvələri ABŞ-da məktəbdə oxuyub və universitet təhsilini də orada bitirib.
İş adamı müsahibələrində “dərsə getməməyin acısını çəkmişəm, ona görə də istəyirəm ki, gələcək nəsil ali təhsilli olsun” - deyə, açıqlama verib.
İ.Axundov Binəqədidə yaşayan bir neçə imkansız tələbələrin təhsil haqlarını ödəyib.
Buna baxmayaraq, iş adamın övladlarının adı tez-tez qamaqallarda hallanır. İllər öncə iş adamının oğlunun universitetə 650 min dollarlıq maşınla getməsi barədə xəbərlər yayılaraq müzakirələrə səbəb olmuşdu.
Daha sonra biznesmen özü də bu faktı təsdiqləmişdi: "Lamborghini" də var, "Ferrari" də, lap hələ "Bentley" də. Cavan adamdır. İstəyir, sürsün də. Biz işləyirik və qazanırıq. Mənim özümün də maşınım "Lexus"du.
Tikinti maqnatının oğlanları Allahverdi və Şahin Axundovlar sosial şəbəkələrdə “200” seriyalı lüks maşınların fotolarını paylaşaraq gündəmə gəlmişdilər. Qardaşların “Bentley” kolleksiyası daim mətbuatın gündəmində olub.
Onların içərisində “Lamborghini Aventador”, “Ferrari 458 Speciale”, “Mercedes”, “Maseratti”, “Audi” və qeyd etdiyimiz kimi, “Bentley” vardı. Bu maşınların start qiyməti 300 mindən başlayır və 800 minə kimi qalxır.
Ümumiyyətlə Azərbaycanda nömrəsi 200-lə bitən bahalı maşınların hamısı Axundovlar ailəsinə məxsusdur.
Şərurlu İsfəndiyarın taleyi göstərir ki, Azərbaycanda yaxşı yaşamaq üçün yaxşı oxumaq vacib deyil...
Paylaş:
Müəllif : Fuad
Tarix:14-05-2024, 22:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər