reklam
Regionxeberlericom.az » Gündəm » Göyçayda bir kənd təhlükə ilə üz-üzə qalıb -ŞİKAYƏT (VİDEO)

reklam

Göyçayda bir kənd təhlükə ilə üz-üzə qalıb -ŞİKAYƏT (VİDEO)



















RegionXəbərləricom.az-a Göyçay rayonu Cəyirli kənd sakinləri tərəfindən daxil olan şikayətdə deyilir;

 "Biz Göyçay rayon Cəyirli kənd sakinləri mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən kömək istəyirik.Belə ki, Cəyirli kəndi Göyçay çayının kənarında yerləşir.Kənd əhalisi ciddi təhlükə ilə üz-üzə qalıb.

Bir neçə gündür intensiv yağan leysan yağışlara görə Göyçay çayında su çoxalaraq məcrasından çıxıb ətrafda olan sakinlərə məxsus meyvə bağlarını uçurur.Uçqunlar günü- gündən çoxalaraq evlərə yaxınlaşır.Buna görə kənd əhalisnin həyatları ciddi təhlükə qarşısındadır.Təcili tədbirlər görülməsə əhali ağır faciələrə məruz qalacaqlar.Bu barədə Göyçay rayon İcra Hakimiyyətinə və Suvarma Sistemləri idarəsinə dəfələrlə müraciətlər edilsədə heç bir tədbir görmək istəmirlər.Zərurət var ki, çayın Cəyirli ərazisindən keçən hissəsi betonla bəndlənsin. 

Cəyirli kənd sakinlərinin əsas məşğuliyyəti bağçılıdr.Başqa iş yerimiz yoxdur ki, gedib işləyib ailəmizi dolandıra bilək.Üç gün intensiv yağan leysan yağışlar nəticəsində çayın məcrası genişlənərək hekratlarla bağ sahələrini yuyub aparmışdır.Ən böyük təhlükə isə Göyçay çayının məcrası genişəlnərək kəndin suvarma arxına yaxınlaşır.Əgər qarşısı təcili alınmasa suvarma arxənı uçurdacaq və nəticədə 700-800 təsərrüfat susuz qalacaq ki, buda lap ağır faciələrə səbəb olacaq. 

Cənab Prezident Sizdən xahiş edirik tez bir zamanda komissiya yaradılıb Göyçay rayonuna ezam olunub yerində araşdırma aparıb təcili tədbirlər görülməsinə tapşırıq verəsiniz.."


 





Paylaş:


Müəllif : Tarix:
16-05-2024, 08:23
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər