reklam
Regionxeberlericom.az » Gündəm » Əmlakına qəsd edilən, torpağı zəbt edilən vətəndaş İnam Kərimovdan ədalət istəyir

reklam

Əmlakına qəsd edilən, torpağı zəbt edilən vətəndaş İnam Kərimovdan ədalət istəyir








Qanuni mülkiyyətində olan mənzili dağıdılaraq, torpağı zəb edilən vətəndaş Mustafayeva Məfkura Abdulla qızı Məhkəmə -Hüquq Şurasının sədri İnam Kərimova müraciət edib.

Hazırda şikayətinə Xəzər Rayon Məhkəməsində baxıldığını vurğulayan vətəndaş Məhkəmə-Hüquq Şurası sədrinin bu prosesi nəzarətə götürməsini və ədalətli qərar çıxarılmasını xahiş edib. Gununsesi.info-ya təqdim edilən müraciəti olduğu kimi dərc edirik:

Məlumat üçün bildirirəm ki, mənim Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Puşkin küçəsi, ev 1 ünvanında fərdi yaşayış evim Mirzəyev Rəşad Eldar oğlu tərəfindən dağıdılaraq ev əşyalarım talan edilmişdir. Mənə məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Puşkin küçəsi, ev 1 ünvanında fərdi yaşayış evimin olmasını “Azəriqaz Layihə Inşaat” QSC tərəfindən Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən mənə məxsus fərdi yaşayış evinin qazlandırılmasına dair 44/TŞ-084310/D sənədindən, ona əlavə olunmuş İNİL- 465/2019 saylı, 17 dekabr

2019-cu il tarixli Lisenziyadan va həmin Lisenziyaya əlavədən və tərtib olunmuş Aktlardan müəyyən etmək olar. Bundan əlavə “Azərişıq” ASC-nin Enerji təchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqi- satqısının birtipli müqaviləsindən görünür ki, 29.09.2021-ci i1 tarixdə Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən mənə məxsus fərdi yaşayış evinin elektrik enerjisi ilə təmin edilməsinə dair mənimlə ATS arasında 16304021259456 nömrəli müqavilə imzalanmiş və mənə 0302002008A0028 sayli abonent kodu verilməklə həmin evimə sayğac quraşdırılmışdır. Buna dair 6445609 sayli Akt tərtib olunmuşdur.



















Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında “Azərişıq ASC”-nin Sayğac quraşdırma va uçota nəzarəti idarəsinin Xəzər Rayon Filialı tərəfindən mənə verilmiş digər 1754576 saylı, 28.09.2021-ci il tarixli sənəddə yazilanlardan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Puşkin küçəsində mənə məxsus fərdi yaşayış evinə 21533962 nömrəli, M 600 tipli, A 5/100 v 220 olan 1827733 nömrəli dövlət möhürlü, 1694537 alt qapaq möhürlü sayğacın icraçı Cəfər Quliyev tərəfindən quraşdırılması

protokollaşdırılmışdır. Xəzər Rayonu, Buzovna Bələdiyyəsi tərəfindən mənə verilmiş 527 saylı, 07.04.2023-cü il tarixli arayışdan görünür ki, mən Mustafayeva Məfkurə Abdulla qizi Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Puşkin küçəsi, ev 1ünvanında

qeydiyyatsiz yaşayıram. Xəzər Rayonu, Buzovna Bələdiyyəsi tərəfindən mənə verilimiş 531 sayli, 10.04.2023-cü il tarixli digər arayişdan görünür ki, mənim Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Puşkin küçəsində yerləşən torpaq və əmlak vergisinə 2023-cü il daxil olmaqla vergi borcum yoxdur. Əlavə olaraq bildirirəm ki, “Azarsu” ASC-nin 004/1/922-tş saylı 12 oktyabr 2021 -ci i1 tarixli Texniki Şərtlərdən görünür ki, Xəzər rayonu, Buzovna qəsəbəsi, Puşkin küçəsindəki fərdi yaşayış evimin su və kanalizasiya xətti ilə təchiz olunmasına dair müqavilə imzalanmaqla təmin olunmuşdur. Şamaxı şəhəri, Aşıq Məmmədağa küçəsi, ev 88 ünvanında 01 sentyabr 2003- cü il tarixdən qeydiyyatdayam, 1365 saylı, 29.09.2021-ci il tarixli digər arayışdan görünür ki, mən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Puşkin küçəsində fərdi yaşayiş evində qeydiyyatsız yaşayıram. Elektron Çıxarışını bu ərizəyə daxil etdiyim sənəddən görünür ki, Bakı şəhəri,Xəzər rayonu, Buzovna qəsəbəsi, Puşkin küçəsində yerləşən 0,0889 ha torpaq sahəsi mənim sahibliyimdə və istifadəmdədir. Bu sənəddə mənə məxsus torpaq sahəsinin

Situasiya Plani, koordinatlari və sərhədləri göstərilmişdir. Məhkəməyə əlavə məlumat vermişəm ki, mən ailəlikcə 4 ildir ki, Xəzər rayonu, Buzovna qəsəbəsi, Puşkin küçəsində özümə məxsus 0,0889 ha torpaq sahasindaki evdə qeydiyyatsiz yaşayıram. Məhkəməyə bildirirəm ki, mübahisələndirilən torpaq sahəsi mənə İcra hakimiyyətinin sərəncamı ilə 1999-cu ildə verilmişdir, lakin həmin torpaq sahəsində fərdi yaşayış evini dostluq etdiyim Zoya Kavalenko adlı qadın inşa etdiyindən Bakı şəhəri, Xazar rayonu, Buzovna qəsəbəsi, Puşkin küçəsində yerləşən 1 sayli evi mən 2010-cu ildə Zoya Kavalenko adlı qadından 25000 (iyirmi beş) min ABŞ dolları pul verməklə ondan almışam. Sözügedən evi mənə satmiş Zoya Kavalenko isə Rusiya Federasiyasına köçüb getmişdir. Sonra isə mən külli miqdarda pul xərcləyərək həmin birmərtəbəli evi təmir etdirmişəm və həyətyanı sahədəki hasari isə yenisi ilə əvəz etmişəm. Adıçəkilən ünvanda həm torpaq sahəsinin, həm də evimin rəsmi

sənədləşdirilməsindən ötəri Azarbaycan Respublikası ƏMDK yaninda DƏDRX-nə müraciət edərkən gözlənilmədən hücumlara və təzyiqlərə məruz qaldim. Bu zaman qonşuluğumda yaşayan Mirzəyev Rəşad Eldar oğlu adında şəxs peyda olaraq mənim istifadəmdə olan torpaq sahasinin və evin ona məxsus olduğunu bildirdi. Qısa müddətdə Baki şəhəri, Xəzər Rayon Polis İdarəsindən mənə təzyiq göstərildi ki, həmin yaşadığım ünvandan təcili çıxmalıyam və buna görə məni 48 saat müddətində həbsdə saxladılar. Onların dediyi ilə razilaşmadim. Bunu görən polis əməkdaşları naməlum bir yüksək vəzifəli şəxsin göstərişi ilə mənə cinayət işi açdılar və guya onların izahat üçün çağırışlarına gəlmədiyim bəhanəsi ilə barəmdə həbs qəti imkan tədbiri seçilməsi üçün Xəzər Rayon Prokuroruna müraciət etdilər. Lakin Xəzər Rayon Prokuroru barəmdə həbs qətiimkan tədbiri seçilməsi üçün Xəzər Rayon Polis şöbəsinin müraciətini rədd etdi. Buna baxmayaraq məni qorxutmaq məqsədilə barəmdə qondarma cinayət işi başlanmışdır. Həbsdə qaldığım müddətdə dövlət orqanları bir neçə texnika gətirərək heç bir məhkəmə qərarı olmadan mənə məxsus Bakı şəhəri, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Puşkin küçəsi, ev 1 fərdi yaşayiş evini darmadağın edib uçurmuşlar. Aşkar görünür ki, naməlum vəzifəli şəxsin göstərişi ilə dövlət orqanları cavabdeh Mirzəyev Rəşad Eldar oğlunu qabağa verib ona himayədarlıq edərək heç bir məhkəmə qərarı olmadan mənə məxsus fərdi yaşayış evini uçurub dağıtdıqdan sonra, əlavə olaraq mənə cinayat işi də açmışlar.

Mənim evim uçurulub, yerlə yeksan edilib, evimin aşyaları oğurlanıb, məhvedilib, başqa yera daşınıb. Evimin içində qədim, keçmiş tariximizə aid bahalı rəsməsərləri yoxa çıxıbdır. Həmçinin evin keçmiş sahibindən mənə qalan bahali servis dəstləri oğurlanmışdır. Qədim rəsm əsərləri 20 ədəd idi. Onlarin ümumi dəyəri 70 (yetmiş ) min manat qiymətləndirilmişdir. Çünki evin əvvəlki sahibi onları muzeyə tahvil vermək istəyini o zaman mənə bildirmişdir. Həmin əsərlərin geri qaytarılması mənim üçün çox vacibdir. Mənim başima gətirilən bu oyunlar indiki məhkəmə və hüquq islahatlari dövründə olduqca çox ağır vəhşilikdir, vandalizmdir. Mənə məxsus mənzilin içindəki əşyalarla dəyəri 180000(yüz səksən min) manat təşkil edir. Azərbaycan Respublikası MM-nin 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. AR MPM-nin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 82-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konistitusiyasının 149-cu maddəsinin 7-ci bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil

edilmir. AR MPM-nin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.3. maddəsinə əsasən Qanunupozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin

 məcəllənin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir.Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini

təmin etməlidir.

Sizdən artıq dərəcədə xahiş edirəm ki, iddiamla bağlı məhkəmənin ədalətli keçirilməsini öz nəzarətinizdə saxlayasınız”.

 




Paylaş:


Müəllif : Tarix:
18-05-2024, 11:22
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər