Deputat Rafael Cəbrayılov borc QALMAQALINDAN danışdı: - “O adamla dostam”
Milli Məclisin deputatı, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin üzvü Rafael Cəbrayılov borca görə məhkəməyə verilib.
regionxeberlericom.az bildirir ki, bu barədə "Report" məlumat yayıb. Məlumata görə, deputat ev tikmək üçün notariat qaydasında təsdiq olunmuş şəkildə 9 sentyabr 2015-ci il tarixdə 300 min ABŞ dolları məbləğində borc alıb. İddia olunur ki, ona borc verən şəxslə deputat ailəvi yaxın münasibətlərdə olub.
Agentlik bildirib ki, deputat borcu vaxtında ödəyə bilməyib. “R.Cəbrayılov hətta borcu vəd etdiyi vaxtında qaytara bilməsi üçün zəmanət kimi III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin Deputatının vəsiqəsinin əslini girov qoyub”, deyə yazıda vurğulaıb.
Məlumata görə, borcun qaytarılmadığnı görən Fətəliyeva Təranə Rasim qızı Abşeron Rayon Məhkəməsinə müraciət edib.
“Məhkəmə iddiaçının xeyrinə 15 fevral 2019-cu ildə qiyabi qətnamə qəbul edib. Cavabdeh şəxs, Rəfael Cəbrayılov məhkəmənin qərarı ilə razılaşmayaraq, apelyasiya şikayəti verib. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb”, “Report” yazıb.
Modern.az saytı məsələ ilə bağlı deputat Rafael Cəbrayılovla əlaqə saxlamağa çalışıb. O saytımıza açıqlamasında bu barədə danışmayacağını bildirib:
“Bu tamam başqa məsələdir. O adamla dostam. Xaricə gedəndə hesaba pul qoyulmalıdır ki, gedən adam qayıdıb gələcək. Başqa heç nə danışmaq istəmirəm. Susuram”.
Paylaş:
Müəllif : Yazar
Tarix:20-09-2019, 13:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:20-09-2019, 13:14
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 12:17
Cüdoçularımız Belçikadakı beynəlxalq turnirin ilk günündə dörd medal qazandılar - Fotolar
Dünən, 11:18
İcra Hakimiyyətinin sabiq işçisi niyə güllələnib? - Adamöldürmə, zorlama, dava, fırıldaq....
25-01-2025, 14:03
Ağadadaş Ağayevin balta ilə xəsarət yetirdiyi xadimə Mübariz Mənsimovun əmisi qızıdır
24-01-2025, 11:02
Səhiyyə Nazirliyinin əməkdaşları “Laser Beauty Estetik Klinikası”nda müqavimətlə üzləşdi
24-01-2025, 10:50
QİÇS-lə Mübarizə Mərkəzinin satın aldığı mallara ayırdığı vəsait nə qədər şişirdilib -Göz qabağındadı
24-01-2025, 08:57