reklam
Regionxeberlericom.az » Hadisə » Bu dəyişiklik 186 nəfəri əhatə edəcək

reklam

Bu dəyişiklik 186 nəfəri əhatə edəcək
















Azərbaycanda hərbi qulluqçulara müvafiq təminat xərcliyinin 70 faizi həcmində əmək pensiyasının ödənilməsi təklif olunur.

Bu, “Əmək pensiyaları haqqında” Qanuna təklif edilən dəyişiklik layihəsində öz əksini tapıb.

Yeni dəyişikliyə əsasən, digər səbəbdən əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara müvafiq təminat xərcliyinin 70 faizi həcmində əmək pensiyasının ödənilməsi təklif olunur. Bu dəyişiklik 186 nəfəri əhatə edəcək və illik əlavə maliyyə yükü 112 min manat olacaq.

Xatırladaq ki, əlilliyi olan hərbi qulluqçulardan xidməti vəzifələri yerinə yetirməklə bağlı olmayan əlilliyi olan şəxslərə orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə müvafiq təminat xərcliyinin - 60 faizi, orqanizmin funksiyalarının 61 - 80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə - 55 faizi, orqanizmin funksiyalarının 31 - 60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə - 35 faizi miqdarı həcmində əmək pensiyası ödənilir.

Digər dərəcələr arasında 20 faiz fərq olduğu halda, orqanizmin funksiyalarının 61 - 80 faiz və 31 - 60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə pensiya məbləği hesablanan təminat xərcliyi arasında cəmi 5 faiz fərq mövcuddur. Eyni zamanda, müharibə ilə əlaqədar əlilliyi olan hərbi qulluqçuların orqanizmin funksiyalarının 81 - 100 faiz pozulmasına görə əlilliyi müəyyən edildikdə, müvafiq təminat xərcliyinin 100 faizi, 61 - 80 faiz pozulmasına görə 80 faizi həcmində əmək pensiyası ödənilir.

Burada isə şəxslərə pensiya məbləği hesablanan təminat xərcliyi arasında 20 faiz fərq var. Ədalətin və analoji yanaşmanın tətbiq edilməsi məqsədilə digər səbəbdən əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara müvafiq təminat xərcliyinin 70 faizi həcmində əmək pensiyasının ödənilməsi təklif olunur.




Paylaş:


Müəllif : Tarix:
22-05-2024, 10:36
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər