reklam
Regionxeberlericom.az » Hadisə » Biznes vədi ilə 400 min manatı ələ keçirdi - Foto

reklam

Biznes vədi ilə 400 min manatı ələ keçirdi - Foto




















Biznes qurmaq adı ilə vətəndaşın külli miqdarda pulu ələ keçirilib. 

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Lənkəran sakini olan bir nəfər Nihad Rəhimli adlı şəxsin Birləşmiş Ərəb Əmirliklərindən fotoaparatlar gətirib burada satmaq adı ilə onun 355 min manat pulunu ələ keçirməsi barədə Lənkəran Şəhər Rayon Polis Şöbəsinə məlumat verib. 

Araşdırma zamanı N.Rəhimlinin iş qurmaq adı ilə şirnikləndirici vədlər verərək digər bir Lənkəran sakininə qarşı dələduzluq etdiyi də müəyyən edilib. O, Dubayda otel biznesinə yatırım etmək adı ilə zərərçəkənin 40 min manat pulunu ələ keçirib. 

N.Rəhimli istintaqdan yayınmaq məqsədilə bir müddət müxtəlif ünvanlarda gizlənsə də, Bakı şəhərində saxlanılaraq istintaqa təhvil verilib. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda həmin şəxsin digər analoji əməllərinin olub-olmadığı araşdırılır.




Paylaş:


Müəllif : Tarix:
25-05-2024, 14:39
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər