reklam
Regionxeberlericom.az » Hadisə » 20 yaşlı tələbəni boğaraq qətlə yetirdilər

reklam

20 yaşlı tələbəni boğaraq qətlə yetirdilər



















Paytaxtın Binəqədi rayonu ərazisində 20 yaşlı bacısını boğaraq qətlə yetirən Həsən Kərimovun cinayət işi üzrə növbəti məhkəmə baxış iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə baş tutan proses zamanı şahidlərin ifadələri dinlənilib. Hadisə ilə bağlı Həsən Kərimovun anası Brilyant Kərimova və onların yaxın qonşuları ifadə veriblər. Təqsirləndirilən Həsən Kərimov və anası Brilyant Kərimova ifadələri zamanı qətlə yetirilən İlahənin ailədə mütəmadi münaqişələr yaratdığını bildiriblər. Qeyd edək ki, 2023-cü il oktyabrın 12-də saat 23:00 radələrində 2003-cü il təvəllüdlü İlahə Kərimovanın ölməsi barədə Binəqədi Rayon Prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 2004-cü il təvəllüdlü Həsən Kərimovun Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evlərindən birində aralarında yaranmış mübahisə zamanı bacısı İlahə Kərimovanı kəmərlə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, Həsən Kərimov şübhəli şəxs qismində tutulub.




Paylaş:


Müəllif : Tarix:
26-05-2024, 23:03
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər