Hindistanda qatar toqquşması nəticəsində azı 8 nəfər ölüb, 25 nəfər xəsarət alıb
Bazar ertəsi Hindistanın şərqindəki Qərbi Benqal vilayətində yük qatarının sərnişin qatarı ilə toqquşması nəticəsində azı 8 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.
Ştatın baş naziri Mamata Banerji X sosial media platformasında verdiyi açıqlamasında vilayətin Himalay dağlarının ətəklərində yerləşən Darjilinq turist bölgəsi yaxınlığında baş verən qəza yerində həkimlərin, fövqəladə hallar qruplarının və təcili yardım maşınlarının xilasetmə işləri apardığını deyib.
Şimal-Şərq Sərhəd Dəmiryol İdarəsinin sözçüsü Sabyasaçi De ölən səkkiz nəfərdən üçünün dəmiryol işçisi olduğunu bildirib. Yeni Jalpayquri stansiyası yaxınlığında baş verən toqquşma zamanı azı 25 nəfər xəsarət alıb.
Televiziya kanalları bir qatarın digərinin arxasına çırpıldığını, bir kupenin şaquli vəziyyətdə havaya yüksəldiyini nümayiş etdirib. Xilasedicilərin qəza yerində axtarış apardığı yerə çox sayda insan toplaşıb.
Toqquşmaya nəyin səbəb olduğu açıqlanmayıb.
Kanşanjunqa Express Qərbi Benqal vilayətini şimal-şərqdəki digər şəhərlərlə birləşdirən gündəlik qatardır. Hindistanın bəzi şəhərlərində ilin bu mövsümü isti hava şəraitində turistlər çox vaxt məşhur dağlıq Darjilinq stansiyasına getmək üçün bu qatardan istifadə edir.
Hər gün Hindistanda 12 milyondan çox insan 14 min qatarla 64 min kilometr yol qət edir. Hökumətin dəmir yolu təhlükəsizliyini yaxşılaşdırmaq səylərinə baxmayaraq, Hindistanın dəmir yollarında hər il yüzlərlə qəza baş verir.
Keçən il Hindistanın şərqində son onilliklərdə ölkədə baş verən ən ölümcül dəmir yolu qəzalarından biri olan qatar qəzasında 280-dən çox insan həyatını itirib.
Paylaş:
Müəllif : Fuad
Tarix:18-06-2024, 10:12
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər