DSX-nin baş leytenantı bıçaqlandı - Fotolar
20 sentyabr tarixində, saat 21:05 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Cəlilabad-Yardımlı avtomobil yolunda Buravar kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində içərisində 2 nəfərin olduğu avtomobilin əraziyə yaxınlaşması, avtomobildən bir nəfərin düşərək özünü şübhəli aparması və ətrafı müşahidə etməsi sərhəd naryadının diqqətini cəlb edib.
Şübhəli şəxs gizlin yerdən bağlama götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edərkən sərhədçilər tərəfindən ona “dayan” əmri verilib, lakin o, əmrə tabe olmayaraq ərazidən uzaqlaşmağa çalışıb. Sərhəd naryadı tərəfindən yaxalanması zamanı şübhəli şəxs müqavimət göstərib, baş leytenant Allahverdi İsmayılova bıçaq ilə xəsarət yetirib. Buna baxmayaraq sərhədçi zabit cinayətkarı tərkisilah edərək saxlayıb.
Hadisə zamanı xəsarət almış sərhədçiyə təxirəsalınmaz tibbi yadım göstərilib, vəziyyəti qənaətbəxşdir.
Saxlanılan şəxsin 1975-ci il təvəllüdlü Cəlilabad rayon sakini Əliyev Elşən Dövlət oğlu olması müəyyənləşdirilib, əraziyə atılmış bağlamaya baxış zamanı içərisində 1 kq 125 qram “marixuana”, 1 kq 10 qram “tiryək” və 450 qram “heroin” narkotik vasitə aşkarlanaraq götürülüb.
İdarə etdiyi avtomobil ilə hadisə yerindən qaçmış digər şəxsin saxlanılması istiqamətində təxirəsalınmaz əməliyyat-qoşun tədbirləri həyata keçirilib, ərazi dərhal qapadılaraq ətrafda axtarış aparılıb. Nəticədə hadisə yerindən qaçmış şəxs Cəlilabad rayonunun Buravar kəndinin yaxınlığında saxlanılıb. Həmin şəxsin 1979-cu il təvəllüdlü Naxçıvan MR, Babək rayon sakini Quliyev Samir Vidadi oğlu olması müəyyənləşdirilib, avtomobilin içərisindən 55 qram “tiryək” narkotik vasitə və şəxsi əşyalar aşkarlanaraq götürülüb.
Qeyd olunan fakt üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Paylaş:
Müəllif : Redaktor
Tarix:23-09-2019, 13:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:23-09-2019, 13:27
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 22:34
Bayden Trampı “erməni təxribatı” ilə vurur: Ermənistan isə Rusiyaya sanksiya tətbiq edəcək
Dünən, 11:12
Suraxanı Hərbi Komissarlığı sağlam olmayan uşaqdan niyə əl çəkmir? - Valideyni Prezidentə və Xidmət rəisinə üz tutdu
Dünən, 08:46
ADNSU ilə “Ixun Lasertechnik” arasında bağlanmış satınalma müqaviləsində nələrə göz yumulub
13-01-2025, 10:33
Naxçıvanda güzəştli kreditlərin əksəriyyəti yüksək vəzifəli məmurların nəzarətində olan müəssisələrə verilir- İTTİHAM
13-01-2025, 08:32
Naxçıvan Səhiyyə naziri Samiq Sadıxov Azərbaycanın mövcud qanunvericiliyini heçə sayaraq saxta sənədlərə imza atdırmışdır - İDDİA
13-01-2025, 08:27