Sosial şəbəkədə tanış olduqları iranlıya narkokuryerlik etdilər - Saxlanıldılar
Saatlıda iki narkokuryer saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bakupost.az -a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı əcnəbi vətəndaşa narkokuryerlik edən rayon sakinləri Müqəddəs İsgəndərov və Ağarəhim Yolçuyev saxlanılıblar.
Həmin şəxslərdən 2 kiloqram 500 qram heroin, 5 kiloqrama yaxın marixuana, 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 8 ədəd patron götürülüb.
Araşdırmalar zamanı adıçəkilən şəxslərin sosial şəbəkə vasitəsilə tanış olduqları İran vətəndaşına narkotik vasitə müqabilində kuryerlik etdikləri məlum olub.
Faktla bağlı cinayət işi başlanıb, M.İsgəndərov və A.Yolçuyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Şöbə əməkdaşları tərəfindən bu istiqamətdə son günlərdə keçirilən tədbirlər nəticəsində ümumilikdə 7 nəfər saxlanılıb, onlardan müxtəlif çəkilərdə heroin, metamfetamin və marixuana götürülüb.
Paylaş:
Müəllif : Fuad
Tarix:27-06-2024, 09:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər