reklam
Regionxeberlericom.az » Hadisə » Sumqayıtda yaşayış binasında YANĞIN: Tüstüdən zəhərlənənlər var

reklam

Sumqayıtda yaşayış binasında YANĞIN: Tüstüdən zəhərlənənlər var
















Sumqayıt şəhərində yaşayış binalarından birində baş vermiş yanğınla bağlı əraziyə polis əməkdaşları cəlb olunublar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, bütün zəruri tədbirlər görülür, ərazi və sakinlərin əmlakı mühafizəyə götürülüb.

Qeyd edək ki, Sumqayıt şəhəri, "Stansiya Sumqayıt" adlanan ərazidə doqquzmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın zamanı 25 bina sakini təhlükəsizlik tədbirləri çərçivəsində təxliyə olunub.

22:40

Sumqayıtda yaşayış binasında baş verən yanğın söndürülüb.

"Report" xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən yanğının qarşısı alınıb.

Hadisə nəticəsində tüstüdən zəhərlənən dörd nəfər xəstəxanaya yerləşdirilib.

22:06

Sumqayıtda yaşayış binasında yanğın baş verib, tüstüdən zəhərlənənlər var.

"Report" xəbər verir ki, hadisə "Stansiya Sumqayıt" adlanan ərazidə, keçmiş məcburi köçkünlərin yaşadığı binada qeydə alınıb.

İlkin məlumata görə, bir neçə nəfər tüstüdən zəhərlənib.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.





Paylaş:


Müəllif : Tarix:
27-06-2024, 23:14
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər