reklam
Regionxeberlericom.az » Hadisə » "Gördüm ki, başı kəsilmiş vəziyyətdədir" - 3 uşaq anasını qətlə yetirənin işində gərginlik

reklam

"Gördüm ki, başı kəsilmiş vəziyyətdədir" - 3 uşaq anasını qətlə yetirənin işində gərginlik


Bakıda oğurluğa girdiyi evin sahibini öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi davam etdirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən Kənan Əhmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən məhkəmə iclasında şahid qismində Elnarə Məmmədova ifadə verib.

"Uşağı qaça-qaça bizə gəldi. Dedi ki, anam qan içindədir. Onun təzyiqi var idi. Mən də fikirləşdim ki, yəqin təzyiqi qalxıb. Tez onlara getdim. Çatanda gördüm ki, qan içindədir. Başı kəsilmiş vəziyyətdə idi.

Mən məhkəmədən xahiş edirəm ki, buna ölüm cəzası verilsin. Mənim qardaşımın 3 gözəl balası var. Onların məktəbdə şərəf lövhəsində adı var. Gül kimi uşaqlardır. Mənim qardaşım kişidir, kişi kimi yaşayıb. Bu ləyaqətsiz adam yaşamamlıdır".

Məhkəmə iclasında mərhumun iki azyaşlı övladı da dindirilib. Onlar analarının cansız bədənini ilk görənlər olub. Məlum olub ki, onlar məktəbdən gələn zaman analarının qətlə yetirildiyini görüblər.

Məhkəmə iclasında başlayandan sonadək gərginlik yaşanıb. Mərhumun yaxınları təqsirləndirilən şəxsin ünvanına sərt ifadələr işlədiblər. Məhkəmə onlara xəbərdarlıq edib.

Baş Prokurorluğun yaydığı məlumata görə, aprelin 17-də rayonun Şağan qəsəbəsi, yeni yaşayış massivində 1986-cı il təvəllüdlü Məlikova Kütahi Yenibala qızının yaşadığı evdə bədəni üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktına görə Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Cinayətin K.Məlikovanın qonşuluğunda yaşayan 1983-cü il təvəllüdlü Şamaxı rayon sakini, Əhmədov Kənan Qalasan oğlu tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından o, tutularaq istintaqa cəlb olunub. K.Əhmədov keçirilmiş istintaq hərəkətləri, o cümlədən ifadəsinin yerində yoxlanılması zamanı cinayət barəsində etirafedici ifadələr verməklə, qətl hadisəsindən sonra K.Məlikovanın yaşadığı mənzildən mərhuma məxsus oğurladığı qızıl-zinət əşyalarını və hadisə vaxtı istifadə etdiyi bıçağı basdırdığı yeri göstərib.


Paylaş:


Müəllif : Tarix:
24-09-2019, 17:40
Sikayət   


loading...
Загрузка...