"Çukur"la "SÖZ"ün lənkəranlı "qonağı": "Qrip olduğum üçün məni "öldürdülər"
Elşən Asif oğlu Cavadlı 1980-ci ildə Lənkəran şəhərində doğulub. Buradakı 1 saylı orta məktəbi bitirəndən sonra Lənkəran Dövlət Humanitar Kollecinin xanəndəlik fakültəsinə daxil olub. Ancaq indi Elşən başqa sevdadadır: aktyorluq karyerasını, özü də Türkiyədə, qurur.
Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə həmsöhbət olan Elşən musiqiyə marağının çox olduğunu bildirdi: “Mən musiqi təhsili almadan iyirmiyə yaxın mahnı yazmışdım, amma notlarsız. 2005-ci ildə Humanitar Kolleci bitirdim. Oxuduğum müddətdə toylara gedirdim. Yəni bilirsiniz də, Azərbaycanda müğənnilərin hamısının qazancı toylardan çıxır. 2009-cu ilə kimi müğənnilik sənətimi davam etdirdim. Sonra isə xarici ölkələrdə pul qazanmaq üçün şans yarandı. Planda Rusiya Federasiyasına getmək var idi, sonra isə bir tanış gəldi, mənə İstanbulda işləməyi təklif etdi. Mən də razılaşdım. Fikirləşdim ki, gedim görüm orada şərait necədir? Yoxsa Türkiyədə yaşamaq, iş qurmaq mənim ağlımdan belə keçmirdi. Çünki azərbaycanlıların çoxu xaricdə pul qazanmaq üçün əsasən Rusiyaya gedir. Mən də istəyirdim Rusiyada işləyim, bir az pul qazanım və kliplər çəkdirim, aranjimanlar edim. Amma iş elə gətirdi ki, Türkiyəyə gedəsi oldum. Həm də düşündüm ki, dəyişiklik olsun, hamı şimala gedir, mən isə bu tərəfə gedim. Uzun sözün qısası, getdim Türkiyəyə. Kim nə deyir-desin, Türkiyədə azərbaycanlıları sevirlər. Dəfələrlə küçədə polis yoxlamaq istəyərkən azərbaycanlı olduğumu bildirəndə: “Bura da sənin vətənin!” - deyib yola salıblar”.
- Türkiyədə öncə hansı işə başladınız?
- Orada vəziyyəti öyrəndikdən sonra bir şeyi dəqiq bildim ki, hansısa sənət sahibi olsan, ruzin var. Çünki türklər sənətə qiymət verirlər və səni buraxmayacaqlar. Mən ayaqqabı istehsalı işini seçdim. Həmin vaxt ustalar bir cüt ayaqqabıdan 3 TL qazanırdılar. Günə 60, bəzən də 100 cüt ayaqqabı istehsal etdiklərini gördüm. Qazanclı olduğu üçün özümü bu sahədə yoxlamağa başladım. Bir müddət sonra ayaqqabı istehsalı sahəsində peşəkar oldum. Özümə kiçik bir sex açdım və İsmayıl adlı usta ilə şərik oldum. Qazancım pis deyildi. Bir gün Azərbaycana qayıtdım, amma burada işlərim tərs gətirdiyindən yenidən İstanbula getməli oldum, ayaqqabı istehsalı işimi davam etdirdim. Bir dəfə film çəkilişinə dəvət elanı ilə rastlaşdım. Əlbəttə, baş rol deyil, epizodik rol üçün adam axtarırdılar. Bir anlıq aktyorluq təhsilimin olmadığını düşündüm, amma bu sahədə də özümü yoxlamağı qərara aldım.
- Filmə seçilməyiniz necə keçdi? Çəkiliş meydanında məşhur aktyorları görəndə hansı hissləri keçirirdiniz?
- Özümü sınamaq istəyirdim, görüm, məndə bu alınarmı, kamera qarşısında özümü necə hiss edəcəyəm? Azərbaycanda toylarda kamera qarşısında özünü istədiyin kimi apara bilirsən. Lakin orada isə belə deyil. Bir baş rejissor var və bir də rejissor assistenti ki, onlar ona “reji” deyirlər. O "reji" sənin aldığın nəfəsi, atdığın addımları, paltarının üzərində necə durmasını səndən xəbərsiz, addım-addım izləyir. Hərəkətlərini, davranışını izləyən assistent sənin hansı epizodik rola uyğun olduğunu təyin edir.
Az qazanc olsa da, “Allah bərəkət versin!” deyib oynamağa razılıq verdim - yetər ki, o məşhurların arasında olum. İlk dəfə məşhur “Arka sokaklar” serialında həkim köməkçisi epizodik rolunu oynadım. Artıq “Rza Baba", "Mesut Komiser", "Hüsnü Çoban" rollarını canlandıran məşhur aktyorların arasında idim. Əvvəl onların adlarını bilmirdim, həm də sevindiyimdən aktyorları canlandırdıqları personajların adları ilə çağırırdım.
Başqa bir serialda - “Söz”də çəkilişlər zamanı polis formasında avtomobildə oturmuşdum, telefonumda oyun oynayırdım. Rejissor assistenti yaxınlaşıb dedi: “Sənə qandal verirəm, bir az ciddi sima al. Prokuror Dəryanı baş prokurorun əmri ilə həbs edəcəksən. Bacara bilərsənmi?” Mən həvəslə bacaracağımı dedim. Həqiqətən də, o səhnə gözəl alındı. Bəzən elə olur ki, bir yerdə bir hərəkət edirsən, səni bir fraqmentdə göstərirlər, vəssalam, belə səhnəciklərdə həyəcan olmur. Amma dialoq səhnələrində, xüsusən də ulduz aktyorlarla, həyəcan birə-beş artır. Təsəvvür edin, illərlə ekranda izlədiyin aktyorun indi qarşısında qalmısan və dialoqdasan.
- Bəzən film və ya tamaşalarda rejissorlar aktyorlara improvizasiya etməyə imkan yaradırlar. Serialda necə, rolun dərəcəsindən asılı olmayaraq improvizasiya etməyə izn verirdilərmi?
- Bəli! “Çukur” serialında idman zalında bir dava səhnəsi var idi. Orada rejissorun köməkçisi olan bir xanım gəlib bizə dedi ki, “Burada bir dava düşəcək və siz idman zalına necə daxil olacaqsınız, necə rəftar edəcəksiniz - hamısını öz ixtiyarınıza buraxıram”. Beləcə, polisin qaçaraq idman zalına daxil olması səhnəsini oynadıq.
- Bu günə kimi hansı seriallarda çəkilmisiniz?
- “Adını Feriha koydum”, “Fatmagülün suçu ne?”, “Çukur”, “Gülperi”, “Söz”, “Arka Sokaklar” və “Vuslat” seriallarında epizodik rollar oynamışam. Hal-hazırda “Arka sokaklar”da çəkilişlərim davam edir. Müqayisə etsək, “Çukur” serialı da çox sevilən və reytinqlidir. Sadəcə, bu serialda çəkilişlər 10-12 saat davam edir. “Arka sokaklar”da isə bu, 30 dəqiqə, maksimum 2 saat olur. Ona görə də bu seriala davamlı çəkilməyi seçdim.
- Hazırda çəkildiyiniz serialda ikinci dərəcəli və ya baş rola çəkilməyiniz üçün şans varmı?
- Orada bizə rol seçimi şansı verirlər. Mən istəsəm, mafiya başçısının sağ əli rolunda, istəsəm, lap elə mafiya başçısı rolunda çəkilə bilərəm. Amma həmin mənfi rollara çəkilsəm, cəmi 3-4 seriya məni göstərəcəklər, özü də kamera birbaşa məni çəkəcək. Üstəlik, məni orada öldürsələr, daha həmin seriala qayıda bilməyəcəyəm. Bəlkə də, çəkilərəm, lakin 200 bölümdən, yəni rol ifaçısının siması izləyicinin yaddaşından silinəndən sonra.
Yeri gəlmişkən, onu da deyim ki, orada səni seriala seçdilərsə, obraz ölənə qədər davam etməlisən. “Çukur” serialında bir dəfə çəkilişlər gedən vaxt bərk soyuqladım. Ertəsi gün rejissor köməkçisi mənə zəng edib seriala gəlməyimi dedi. Mən də qrip olduğumdan çəkilə bilməyəcəyimi bildirdim. Rejissor köməkçisi isə: “Tamam, gəlmə, mən də səni məhkəməyə verərəm", - dedi. Mən də məcbur olub getdim, elə həmin seriyada da məni "öldürdülər".
- Lənkəranda xanəndəlik fakültəsini bitirən, Türkiyədə seriallara çəkilən Elşən Cavadlının aktyorluq təhsili almaq fikri varmı?
- Əvvəllər belə bir fikrim yox idi. Bəzi işlərim var, inşallah, onları yoluna qoyduqdan sonra Türkiyədə 6 aylıq aktyorluq kursları var, orada oxumaq niyyətindəyəm. Cəmi 1 ildir davamlı olaraq seriallarda epizodik rollara çəkilirəm. Amma 2010-cu ildə “Adını Feriha koydum” və “Fatmagülün suçu ne?” seriallarından sonra çəkilməyi davam etdirsəydim, indiyə qədər çox irəliləmiş olardım.
- Rolunuz bir neçə seriya davam edəndə epizodik rollar oynayanlar üçün çəkiliş meydanına yaxın yerdə qalmağa şərait yaradırlar, yoxsa kirayə ev tutursunuz?
- Bizim üçün çəkiliş meydanında qalmağa xüsusi şərait yaradılır ki, biz xəstələnməyək və ya soyuqdan donmayaq. Məsələn, “Söz” serialında "mehmetcik" roluna çəkildiyim vaxt bizim üçün bir hərbi hissədə yer ayırdılar, orada bizə yaxşı diqqət edirdilər. Hətta çəkiliş meydanında hər-hansı bir aktyorun səhhətində problem yarandığı zaman ona vaxtında kömək etmək üçün həkim də ayrılır.
Paylaş:
Müəllif : Yazar
Tarix:25-09-2019, 09:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:25-09-2019, 09:22
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
19-12-2024, 14:24