reklam
Regionxeberlericom.az » Hadisə » Bakıda avtomobillərin nömrələrini oğurlayan şəxs saxlanıldı

reklam

Bakıda avtomobillərin nömrələrini oğurlayan şəxs saxlanıldı
















Paytaxt ərazisində avtomobillərin dövlət qeydiyyat nişanlarını oğurlayaraq sahiblərindən pul tələb edən daha bir şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, cari ildə polis əməkdaşları tərəfindən vətəndaşlar tərəfindən daxil olan müraciətlər üzrə aparılan araşdırmalarla 11-dən artıq fakt üzrə tədbirlər görülüb.

Həmin əməlləri törətməkdə şübhəli bilinən şəxslərdən daha bir nəfər -  əvvəllər Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə məhkum olunmuş, 2002-ci il təvəllüdlü Hüseynov Qəhrəman Ceyhun oğlu məsuliyyətə cəlb edilib. 

O, 3 avtomobilin dövlət qeydiyyat nişanlarını oğurlayaraq sahiblərindən pul tələb edib. 

Onun analoji əməllərdə iştirakı istisna edilmir, əməllərindən zərərçəkən başqa şəxslər varsa polisə müraciət edə bilərlər.




Paylaş:


Müəllif : Tarix:
8-07-2024, 21:48
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər