reklam
Regionxeberlericom.az » Hadisə » Kürdəmirdə mikroavtobus su kanalına düşdü: Xəsarət alanlar var

reklam

Kürdəmirdə mikroavtobus su kanalına düşdü: Xəsarət alanlar var
















Kürdəmirdə idarəetmədən çıxan "Mercedes-Benz" markalı mikroavtobus su kanalına düşüb, xəsarət alanlar var.

APA-nın xəbərinə görə, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.

Gəncə sakini, 1988-ci il təvəllüdlü Ceyhun Canpolad oğlu Abdullayev "Mercedes-Benz" markalı mikroavtobusla hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq su kanalına düşüb. Qəza zamanı sürücü və onun sərnişini 2005-ci il təvəllüdlü Yusif Ramil oğlu Əhədov müxtəlif dərəcəli ağır bədən xəsarəti alıblar.

Zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüblər.

Faktla bağlı araşdırma aparılır.




Paylaş:


Müəllif : Tarix:
10-07-2024, 22:21
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər