reklam
Regionxeberlericom.az » Hadisə » Bakıda qadını öldürüb, qazı açıq qoyub getdilər - MÜƏMMA DOLU QƏTL

reklam

Bakıda qadını öldürüb, qazı açıq qoyub getdilər - MÜƏMMA DOLU QƏTL


Bakıda qətl törədilib. regionxeberlericom.az-un APA TV-ə istinadən məlumatına görə, hadisə dünən Yeni Yasamal yaşayış massivi, ev 2, mənzil 11 ünvanında qeydə alınıb.
1970-ci il təvəllüdlü Maya Kərimova evində öldürülüb.
Hadisə yerinə çatdığımızda öyrəndik ki, mərhum həyat yoldaşından ayrılandan sonra tək yaşayıb.
Qadının evinə gələn bacısı oğlu xalasının öldürüldüyünü birinci görüb: “Axşam təxminən saat 7-8 radələrində evdə idim. Gördüm ki, qışqırıq səsi gəlir. Qapı döyüldü. Açıb gördüm ki, uzunsaçlı oğlandır. Kim olduğunu soruşdum, Mayanın bacısı oğlu olduğunu bildirdi. Xalasının öldürüldüyünü dedi. Qışqırıb-bağırırdı. Məndən 102-yə zəng etməyimi xahiş etdi. 7-ci mərtəbədəki qonşu gəldi, telefonu verdi. Həmin an, mənim əllərim əsirdi. 102-yə zəng edəndən sonra xeyli polis gəldi. Araşdırmalara başladılar. Bizi danışdırdılar. Dedik ki, yaxşı qonşu və sakit adam olub. Heç kimlə işi olmayıb”.
“Hadisə şahidlərinin dediyinə görə, evə girən şəxs əvvəlcə Maya Kərimovanı boğaraq öldürüb, daha sonra isə evi qarət edərək tərk edib”.
Zülfünaz Mirzəyeva evə mərhumun yaxın qohumlarının tez-tez gəldiyini bildirib: “Evinə gələnləri də biz çox görmürdük. Arada qardaşı Elmar, qardaşı arvadının və bacısı oğlunun gəldiyini görürdük”.
“Öldürüləndə alt paltarında olub. Sonra da qazı açıq qoyub, evi tərk ediblər. Bıçaqlandığını polislərdən eşitdik. Lənkərandan qardaşı gəlmişdi. Bildirdi ki, bacısının 10 min avro pulu olduğunu dedi. Zinət əşyalarının götürüldüyü hələ bilinmir”.
Polisin rəyinə görə, 8-10 saatdan sonra aşkarlanana meyit Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə aparılıb.
Qatilin tapılıb tutulması istiqamətində əməliyyat aparılır.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.



Paylaş:


Müəllif : Tarix:
25-09-2019, 17:03
Sikayət   


loading...
Загрузка...