reklam
Regionxeberlericom.az » Hadisə » Qayınana böyrəyini kürəkəninə bağışladı - FOTO

reklam

Qayınana böyrəyini kürəkəninə bağışladı - FOTO

Azərbaycanda qayınana böyrəyini kürəkəninə bağışlayıb.

Respublika Müalicəvi Diaqnostika Mərkəzindən (RMDM) BakuPost.az-a verilən məlumata görə, xroniki böyrək çatışmazlığından əziyyət çəkən 32 yaşlı kişiyə 54 yaşlı qaynanasının böyrəyi köçürülüb.

Əməliyyat mərkəzin “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsində həyata keçirilib.

Cərrah olan Rəşad Şolan deyib ki, pasiyent illərdir əziyyətli hemodializ senaslar alırdı və bu da onun orqanizmin sağlamlığına yan təsirsiz ötüşmürdü: "Vəziyyəti getdikcə pisləşdiyindən ona təcili böyrək köçürülməli idi. Nəticəsiz uyğun donor gözləmələrinin sonunda qayınanası kömək əlini uzatdı – böyrəyini bağışlayaraq kürəkəninə həyat bəxş etdi! Zəruri analiz və müayinələrdən sonra donorun sağlam olduğuna əmin olduq və əməliyyata qərar verdik. Əməliyyatımız uğurla, fəsadsız keçdi. Xoşbəxtlikdən köçürülmüş böyrəyi orqanizm qəbul etdi. Hər iki pasiyent evə yaxşı vəziyyətdə yazıldılar. Artıq pasiyentimiz həyatına əziyyətli hemodializ prosedurları olmadan davam edəcək. Bu hadisə ailələrin bütün üzvlərini bir daha doğmalaşdırdı, yaxın etdi!”.


Paylaş:


Müəllif : Tarix:
26-09-2019, 16:09
Sikayət   


loading...
Загрузка...