reklam
Regionxeberlericom.az » Hadisə » Xəzərdə batan var - Axtarışa helikopterlər cəlb olundu

reklam

Xəzərdə batan var - Axtarışa helikopterlər cəlb olundu

















Bakının Xətai rayonunda dənizdə bir nəfər batıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Bakı şəhərinin Xətai rayonunda dənizdə nəzarətsiz ərazidə bir nəfərin batması barədə məlumat daxil olub və məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Batdığı ehtimal olunan şəxsin axtarış əməliyyatının daha da intensivləşdirilməsi məqsədilə nazirliyin Aviasiya dəstəsinin 2 ədəd helikopteri də axtarış işlərinə cəlb olunub.

Əlavə məlumat veriləcək.




Paylaş:


Müəllif : Tarix:
31-07-2024, 21:02
Sikayət   


loading...
Загрузка...