reklam
Regionxeberlericom.az » Hadisə » 23 yaşlı qız öldürüldü, qaynı tutuldu - Yenilənib

reklam

23 yaşlı qız öldürüldü, qaynı tutuldu - Yenilənib

















Sumqayıtda qətl törədilib.

Bu gün saat 12:30 radələrində 2001-ci il təvəllüdlü Cəmilə Mirzəcanovanın kəsici-deşici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının qaynı 1998-ci il təvəllüdlü İsrail Rəsulov saxlanılıb.

İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

Araşdırmalar aparılır.

***

Sumqayıt Şəhər Prokurorluğu hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, avqustun 9-u saat 12 radələrində Sumqayıt şəhərində yerləşən xəstəxanaların birində müalicə alan 2001-ci il təvəllüdlü Cəmilə Rəsulovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1998-ci il təvəllüdlü İsrail Rəsulovun bıçaqla xəsarət yetirərək qohumu Cəmilə Rəsulovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

İsrail Rəsulov iş üzrə şübhəli şəxs qismində tutulub.





Paylaş:


Müəllif : Tarix:
9-08-2024, 14:44
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər