Daha 2 piyada yol qəzalarının qurbanı oldu

Ötən gün Zaqatalada və Bakının Sabunçu rayonunda piyadaları maşın vurub.
Hər iki hadisə ölümlə nəticələnib.
Belə ki, 1999-cu il təvəllüdlü Cavid Dibirov idarə etdiyi “VAZ 2103” markalı minik avtomobili ilə Zaqatalanın E.Ağayev küçəsində hərəkətdə olarkən 1955-ci il təvəllüdlü Əli Nəcməddin oğlu Əliyevi vurub. Ağır bədən xəsarətləri alan 69 yaşlı kişi Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, həyatını itirib.
Digər hadisə Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib. Azadzadə Əminəyə məxsus “Lexus” markalı avtomobili etibarnaməsiz idarə edən 36 yaşlı Aslanov Elvin Əli oğlu piyada Rəhimova Güldəstə Savad qızını vurub. O, aldığı xəsarətlərdən vəfat edib.
Hər iki faktla bağlı cinayət işi açılıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:15-08-2024, 12:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:15-08-2024, 12:39
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 12:01
23-02-2025, 12:52
23-02-2025, 12:39

İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB