Meşədə narkotik bitkilər əkənlər tutuldu - Foto
Şəkidə polis əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası və satışı ilə məşğul olan Cövhər Xəlilzadə və qohumu Sənan Hacıyev saxlanılıblar.
DİN-in Mətbuat xidmətinin Şəki regional qrupu xəbər verir ki, onların Daşüz kəndindəki meşədə narkotik tərkibli bitkilər əkib-becərdikləri müəyyən edilib. Həmin yerə baxış keçirilərkən çəkisi 126 kiloqram olan 397 ədəd çətənə kolu və satış məqsədilə saxladıqları 2 kiloqram marixuana aşkar olunub. C.Xəlilzadə və qohumu S.Hacıyev narkotik tərkibli bitkiləri qazanc əldə etmək məqsədilə əkdiklərini və aqrotexniki qaydada qulluq göstərdiklərini bildiriblər.
Fakla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə C.Xəlilzadə və S.Hacıyev barəsində həbs qətimkan tədbiri seçilib.
Dəstənin digər üzvlərinin müəyyən edilərək saxlanılmaları istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Paylaş:
Müəllif : Fuad
Tarix:16-08-2024, 11:33
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər