Nizami Süleymanov vəfat etdi - Foto
Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dosenti Nizami Süleymanov vəfat edib.
Bu barədə BDU-dan məlumat verilib.
N.Süleymanov 1953-cü ildə Gürcüstanın Marneuli rayonunda anadan olub. 1970-1975-ci illərdə BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsində təhsil alıb. 1975-1977-ci illərdə Elektron Sənayesi Nazirliyində mühəndis-proqramçı vəzifəsində çalışıb. 1991-ci ildə "Ümumi qeyri-lokal sərhəd şərtli Steklov tipli məsələlərin araşdırılması” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. turbo az mercedes
Fizika-riyaziyyat elmləri namizədi, dosent N.Süleymanov 1978-ci ildən indiyədək BDU-nun İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasında çalışıb. 60-dan çox elmi və metodik işin müəllifi idi.
BDU kollektivi Nizami Süleymanovun vəfatından kədərləndiyini bildirib, ailəsinə dərin hüznlə başsağlığı verib.
Allah rəhmət eləsin.

Paylaş:
Müəllif : Fuad
Tarix:17-08-2024, 21:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB