Şəmkirdə “KaMaz” avtomobillə toqquşdu - Ölənlər var

Şəmkir rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə Bakı-Qazax magistral yolunun Şəmkir rayonundan keçən hissəsində baş verib.
Qəza nəticəsində iki nəfər aldığı xəsarətlərdən dünyasını dəyişib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Şəmkir rayonu hissəsindən keçən hissəsində 2000-ci il təvəllüdlü K. Cəfərli “KaMaz” markalı yük avtomobili ilə Bakı istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə hərəkət edən, 1986-cı il təvəllüdlü Şamo Qafarovun idarə etdiyi “VAZ 2106” markalı avtomobil toqquşub.
Hadisə nəticəsində “VAZ-2106”da olan sürücü və sərnişinlərdən biri ölüb.
Digər sərnişin, 1978-ci il təvəllüdlü, Ağstafa rayon sakini Qorxmaz Şirinov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Hazırda digər ölən şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.
Paylaş:
Müəllif : Fuad
Tarix:18-08-2024, 10:32
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB