reklam
Regionxeberlericom.az » Hadisə » Bakıda avtobus yandı - Video

reklam

Bakıda avtobus yandı - Video


















Qaradağ rayonu “Lökbatan” dairəsində sərnişin avtobusunda yanğın baş verib. 

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Bildirilir ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının 164 saylı marşrut xətti ilə hərəkət edən “DAEWOO” markalı sərnişin avtobusunda baş verdiyi müəyyən edilib. Hadisə nəticəsində avtobusun salon hissəsi qismən və arxa sol təkərləri yanıb. 

Avtobusun böyük hissəsi yanğından mühafizə olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb.




Paylaş:


Müəllif : Tarix:
19-08-2024, 11:02
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər