“Söz vermişdilər ki, iki günə ayağa qalxacaq” - Video
Lənkəran Rayon Mərkəzi Xəstəxanasında ölüm faktı qeydə alınıb.
Şəhər sakini, 54 yaşlı Mübariz Şərifov ürəyində yaranan problemə görə xəstəxanaya müraciət edib.
Mərhumun oğlunun sözlərinə görə, atası əməliyyat zamanı dünyasını dəyişib: “Hansı səbəbdən ölməsi barədə bizə məlumat verilmir. Atamda heç bir ciddi problem yox idi, sadəcə müayinəyə gətirmişdik. Ürəyində problem var idi, dedilər ki, infarkt keçirə bilər və təcili əməliyyat olunmalıdır. Əməliyyatdan sonra iki günə ayağa qalxacaq deyirdilər, bizə belə söz vermişdilər”.
Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Ölümün dəqiq səbəbləri ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.
Ətraflı Baku TV-nin videomaterialında:
Paylaş:
Müəllif : Fuad
Tarix:28-08-2024, 08:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər