reklam
Regionxeberlericom.az » Hadisə » Qəza törədib qaçan “Prius” marketə girdi - Foto

reklam

Qəza törədib qaçan “Prius” marketə girdi - Foto

















Paytaxtın Xəzər rayonu ərazisində ağır yol qəzası baş verib.

RegionXəbərləricom.az Manset.az-a istinadən xəbər verir ki, hadisə dünən səhər saat 08:08 radələrində qeydə alınıb.

Belə ki, 77-DA-426 dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtomobilin idarəetməni itirərək yolun kənarındakı  marketə çırpılıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisə Xəzər rayonu Sergey Yesenin küçəsində baş verib. “Toyota Prius” markalı avtomobil “Opel Zafira” markalı maşını vuraraq hadisə yerindən yayınmağa çalışıb.

Sürücü müxtəlif təhlükəli manevrlər edərək yol kənarındakı iaşə obyektinin parklanma yerinə daxil olmaq istəsə də, idarəetməni itirərək obyektə dəyib.

Faktla bağlı araşdırma aparılır.




Paylaş:


Müəllif : Tarix:
3-09-2024, 11:05
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər