reklam
Regionxeberlericom.az » Hadisə » İranda mədəndə partlayış - 30 ölü - Foto

reklam

İranda mədəndə partlayış - 30 ölü - Foto

 
















İranın şərqindəki Cənubi Xorasan əyalətinin Tabas şəhərindəki kömür mədənində partlayış baş verib.

Bu barədə İSNA məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində 30 nəfər ölüb, 17 nəfər yaralanıb.

Qəzaya mədənin B və C bloklarında metan qazının partlaması səbəb olub. Partlayış zamanı bloklardakı işçilərin ümumi sayının 69 nəfər olduğu bildirilib.

Qeyd edilib ki, 250 metr dərinlikdə yerləşən mədəndə partlayışdan sonra yanğın olmayıb.





Paylaş:


Müəllif : Tarix:
Bu gün, 10:27
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər