Şəkidə 2 nəfəri maşın vurub öldürdü

Şəkidə yol qəzasında xəsarət alan kişi 4 gün sonra ölüb.
Oktyabrın 8-i saat 14 radələrində “Marxal Resort Spa” hotelində qrup rəhbəri işləyən 1996-cı il təvəllüdlü Afiq Hüseynov maşınla Kiş kəndi istiqamətində hərəkətdə olarkən piyadanı vurub. Ağır xəsarətlər alan Kiş kənd sakini, 1955-ci il təvəllüdlü Camal Xalıqov xəstəxanaya yerləşdirilib. Lakin o, bu gün saat 02:30-da xəstəxanada ölüb.
Oxşar hadisə dünən saat 22 radələrində Şəkinin Qoxmuq kəndində baş verib. Kənd sakini, 1996-cı il təvəllüdlü Salamzadə Ülvi Adil oğlu idarə etdiyi maşınla Şəki-Qax-Zaqatala avtomobil yolunun Qoxmuqdan keçən hissəsində yolu keçmək istəyən 2009-cu il təvəllüdlü Abdurahmanlı Asim Azər oğlunu vurub. O, Mingəçevir Şəhər Xəstəxanasına aparılarkən yolda ölüb.
Faktlarla bağlı Şəki ŞRPŞ-də cinayət işi başlanıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:12-10-2024, 10:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB